Arannews - Ermənistan vətəndaşı ABŞ-da saxta sürücülük vəsiqəsi
əldə etmək istəyərkən həbs edilib.
ABŞ-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu
barədə “Herald & Review” qəzeti yazıb.
Yerli-hüquq mühafizə orqanlarının əməkdaşları Mikael
Simonyanı İllinoys ştatı katibinin ofisində həbs ediblər. Prokuror Cina
Vonderheyde bildirib ki, M. Simonyan sürücülük vəsiqəsini əldə etmək üçün
kommunal xidmətlərə görə ödəniş etmək üçün nəzərdə tutulan iki bank hesabından
istfadə edib. O qeyd edib ki, saxlanılan şəxs həmçinin saxta immiqrasiya sənədini
təqdim edib.
Saxtakarlığa əl atmış Ermənistan vətəndaşını 25 min
dollarlıq cərimə və 3 illik həbs gözləyir.