MMDİB sədri "Zəmanənin Hüseyn davamçıları – Şeyx Baqir Nimr" mövzusunda çıxış edib və Səudiyyə Ərəbistan və Azərbaycanda İslam alimlərinə qarşı təzyiqlərə toxunmuşdu
Arannews -"Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin təşkilatçılığı ilə "Kərbəla məktəbinin uğurlu məzunları" mövzusunda konfrans keçirilib.
konfransın aparıcısı Tural Əli açılış nitqini etdikdən sonra ilk çıxış üçün sözü DEVAMM sədri Hacı İlqar İbrahimoğluna verib. Hacı İlqar İbrahimoğlu "Kərbəla vaqiəsi və müasir dünya" mövzusunda çıxış edib. Daha sonra "Zillət nədir və bundan necə uzaq olmaq olar" mövzusunda dəyərli fikirlərlə Hacı Sərdar Hacıhəsənli çıxış edib.
MMDİB sədri Ruhullah Novruzzadə "Zəmanənin Hüseyn davamçıları – Şeyx Baqir Nimr" mövzusunda çıxış edib və Səudiyyə Ərəbistan və Azərbaycanda İslam alimlərinə qarşı təzyiqlərə toxunmuşdur.
Konfransın davamında İlahiyyatçı Hacı Emil Rahiloğlu həbs edilən ruhanilərin həbsinin əsas mahiyyətindən danışıb. Konfransın yekun mözvusu "Hüseyn kimilərin yezid kimilər qarşısında vəzifələri"dir.
Bununla bağlı ilahiyyatçı Seyid Şəhadət Heydərov çıxış edərək dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Konfransda Şeyx Baqir Nimrin həbsindən öncəki çıxışının Azərbaycan dilinə dublyaj edilmiş videosu təqdim edilib.