“El Hərəkatı onsuz da fəaliyyət göstərmirdi. Mən də özümü hazırda “El” Hərəkatında görmürəm, ona görə də “El” Hərəkatından uzaqlaşdım”.
AranNews- E.Quliyev bildirib ki, “El” Hərəkatından uzaqlaşmasında səhhəti, məhkəmə, çəkişmələri, Milli Şurada, Ziyalılar Birliyində fəaliyyət göstərməsi də müəyyən rol oynayıb:
“Mən vaxt baxımından da faktiki olaraq çatdıra bilmirdim və bu səbəblər də “El” Hərəkatından uzaqlaşmağımda öz rolunu oynadı”.
“El” Hərəkatının sədri Eldar Namazov isə bildirib ki, E. Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır. O deyib ki, hazırda ölkə xaricində olduğu üçün E. Quliyevin istefasına ölkəyə qayıtdıqdan sonra geniş münasibət bildirəcək.