Məktubun mətnində qeyd edilir: "Şeyx Həzrətləri!
AranNews- Məhərrəm ayının başlanması ilə əlaqəli bəyanatınızın (fitvanızın) müəyyən hissəsi televiziya vasitəsilə bizlərə də bəyan oldu. Bu bəyanatın müsbət və ya mənfi tərəfləri ilə işim yox. Mən və mənim kimi din təəssübkeşləri gözləyirdik ki, Siz dünyada və eləcə də yaxın Şərqdə, müsəlman ölkələrində son illər baş vermiş qanlı olayları nəzərə alıb, Azərbaycanımızda mənfi, mənəviyyatımıza, milli adət-ənənələrimizə yad olan, pozğun Qərb mədəniyyətini aşılayan, təbliğ edən hallara toxunacaq, televiziya və radio vasitəsilə cəmiyyəti pozğunluğa sürükləyən, milli muğamımız və ya aşıq deyişmələri deyil, pozuq, mütrüf tamaşaları, şou verilişləri, Lut qövmünün daşqalaq olunmasına səbəb olan üzdəniraqların, televiziya, şou aparıcılarının pozğun hərəkət və rəftarlarının heç olmasa Məhərrəm və Səfər ayları ərəfəsində qarşısının alınması haqqında fitva verəcəksiniz. Lakin, təəssüf və yenə də təəssüf ki, bu qədər qırğın, uşaq, qadın, qoca qatillərinə dəstək verməkdəsiniz. Sual oluna bilər, niyə dəstək verməkdəsiniz?
Respublikada boşanma, qətl, uşaq ölümü, intihar, avtomobil qəzaları, cavan ölümü, “ağ ölüm”, üzdəniraqların get-gedə artımı və açıq-aşkar himayə olunmaları və vəhhabiliyə qarşı aparılan işlərin görüntü yaratması məni məcbur etdi ki, sizi və sizinlə bir düşünüb hərəkət edənləri “nəhy əz münkəri” (pis işlərdən çəkindirmə) tərk edənlər sırasında görüm.
Hörmətli Şeyx! Hicaba qadağaya Sizin razılığınız olmadan Təhsil nazirliyi (görünəni) bu addımı ata bilməzdi. Və eləcə də, Sizin razılığınız olmadan bizlər: Hacı Mövsüm, Hacı Abgül, Hacı Fəramiz və yüzlərlə ruhani və dindar hal-hazırda həbs edilə bilməzdilər.
Qorxun Allahdan, onun qəzəbindən! Tövbə edin! Quranda buyurulduğu kimi, mənim mömin bəndələrimə zülm edənlər Cəhənnəmin ən pis qatına atılacaqlar...
Odur ki, günah mənbəyi olan Bakıda yaşayan sizlər indi tövbə edin. Sabah gec olacaq. Vəssəlam."