Tarix : 2008 Apr 30
Kod 4465

MINSK QRUPUNUN VERDIYI MƏNFİ SƏS

minsk qrupunun həmsədrləri eləcədə bir neçə Avropa ölkəsi bu qətnamə ilə müxalifət edir və qüdsü işğal altına alan Sionist Rejmdə bu layihəyə müsbət səs verməkdən çəkindi
AZerbaijan Servisi/Aran Agentliyi
ABŞ , Rusiya , və Fransanın , Az. R-nin BMT baş Assambleyasında qətnamə layihəsinə mənfi səs vermələri , Az. R-nın qərbyönümlü dairələri üçün siyasi bir şok idi .
  Rəsmi Bakının təklif etdiyi qətnamə layihəsində ermənilərdən heç bir şərait irəli sürməməklə işğal olunmuş ərazilərdən geri çəkilmələri Az. R-nin dağlıq Qarabağ hakimiyyətinə hörmətlə yanşmaq habelə bu ölkənin ərazi bütövlüyünə müsbət səs vermək tələb edilmişdi. Bununla belə minsk qrupunun həmsədrləri eləcədə bir neçə Avropa ölkəsi bu qətnamə ilə müxalifət edir və qüdsü işğal altına alan Sionist Rejmdə bu layihəyə müsbət səs verməkdən çəkindi . Bunun ardınca Az. R-nin xarici işlər naziri etiraz əlaməti olaraq təkcə bir bəyanat yaymaqla kifayətləndi.
  Az.R.Milli Məclisinin bəzi üzvləri də Minsk qrupu həmsədrlərini tənqid atəşinə tutaraq onların bu qətnaməyə mənfi səs vermələrini Qarabağ məsələsində onların bir tərəfli mövqe tutmaları adlandırdılar .  Yeni Az. partiyasının təmsilçisi deputat Mübariz qurbanəli Az. R. parlamentindən Az. R-nin müstəqillik və ərazi bütövlüyü ilə müxalif edənlərə tənqid edici bir məktubun göndərilməsini tələb etdi. Başqa deputa Əkrəm İsrafil də dedi: Onların bu məsələyə bu cür yanaşmaları sübut etdi ki onları Qarabağ münaqişəsinin Az. müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmasına mütləq inanmırlar .
  Həqiqətdə Az. R. parlamentinin sədr müavini ziyafət Əsgərov demişkən Minsk qrupu həmsədrlərinin bu hərəkəti insan haqlarını qorumaq iddiasında olan ölkələrdə beynəlxalq hüquq normaları yerinə zorakılığın əsas tutulmasına dəlalət edir . Hal-hazırda güclü və üzdən iraq beynəlxalq hüquq normalarının müdafiəçisi iddiasında olan ölkələr dünyada zorakılığı rəvac verib və haqsızlığa əsaslanan məqsədlər güdən ölkələri himayə edirlər. Amma bütün bunları nəzərə alaraq bu sual ortaya çıxır ki , nə üçün rəsmi Bakı hələ də Minsk qruunun vasitəçiliyi ilə müxalifət etmir ? Minsk qrupu həmsədrlərinin Az. R-nin ərazi bütövlüyü əleyhinə səs vermələri birinci dəfə olaraq baş vermir. Ötən il ABŞ-ın dövlət departamenti dağlıq Qarabağ və onun ətrafındakı şəhərlər barədə yaydığı illik hesabatında bu məntəqəni işğal olunmuş ərazi yox, orada yaşayan erməni silahlıların nəzarəti altına olan region adlandırmışdı. ABŞ reallıqda sübut edib ki , Az. R-nin ərazi bütövlüyünü tanımır və Qarabağla müstəqil bir ölkə kimi davranır . ABŞ rəsmilərinin siyasi müzakirələrində Az. R-nin ərazi bütövlüyünü himayə etmələri iddialarına rəğmən Minsk qrupunun amerikalı həmsədrləri o cümlədən Rodolf Perina və Gəri Kavano Qarabağın tarixi baxımdan Az. R-ə aid olmamasına elan etmişlər .
  Amerika şirkətlərinin Qarabağda investisiya qoyulması ilə yanaşı ABŞ-da üzdən iraq Qarabağ R-nin səfirliyi də təsis olunub.
  Ötən il Rusiya coğrafi atlasında Qarabağ müstəqil bir ölkə kimi qeyd olunmuşdur . Fransada Qarabağın ayrılması istiqamətində əsas maliyə və siyasi himayəçilər sırasındadır .Belə bir şəraitdə Az. R. ictimaiyyətdə belə bir fikir ortaya çıxıb , Bakı aşkarcasına Minsk qrupundan çıxıb bu qurupun vasitəçiliyi ilə müxalifət etməlidir . Xüsusi ilə dəki , Minsk qrupu bitərəfliyinə sadiq olamayıb və beynəlxalq hüquq normalarına əsasən Qarabağ münaqişəsində vasitəçilik etməyə səlahiyyəti yoxdur . Başqa sözlə desək Minsk qrupu ötən 16 ildə Qarabağ məsələsində dair ədalətsiz mövqe tutub və regionda parçalanmaq siyasətini qarşıya məqsəd qoyub belə ki , nəhayət Az. R. özü Qarabağın ayrılmasının məcburiyyətində qalsın. Bu üzdən təsadüfi deyil ki , Minsk qrupunun təsis olunmasından 16 il ötüb keçəndən sonra dağlıq Qarabağ , Kəlbəcər və Laçin-də referendumun keçirilməsi təklif olunur .Beləliklə sadəcə nəticə çıxarmaq olar ki , Minsk qrupunun fəaliyyəti yüz faiz erməni maraqlarını təmin edir. Rəsmi Bakıda Minsk qrupu həmsədrlərinə verdiyi imtiyazlara görə bu istiqamətdə məğlubiyyətə uğradığını etiraf etmək istəmir . Hal bu ki , Minsk qrupu fəaliyyətinin davam etdirilməsi Az. R-ə artıq zərbələr vuracaq.
  • Yazılıb
  • da (də) 2008 Apr 30