Tarix : 2014 Nov 10
Kod 44650

Müxalifətçilər islamçıları dəstəkləyir – Munasibət

Son zamanlar dini kəsimin, xüsusilə də zindanda olan dindarların hər zaman qeyri-dini məhəbbətilə seçilən kəslər tərəfindən müdafiə olunduğuna şahidlik edirik.

AranNews- Ortaya belə bir sual çıxır, olmaya, dindar kəsimin son “Aşura” mərasimi zamanı izdihamını, say çoxluğunu görən müxalifət qüvvələri, partiya rəhbərləri onları öz sıralarına çəkmək istəyirlər və onlardan öz işləri üçün bəhrələnmək niyyətindədirlər?
"Bilirsiniz, bu müxalifətçilər ki var, onlar üçün müqəddəs heç nə yoxdur. Amma dövlətə və dövlətçiliyə qarşı çıxmaq istəyəndə, onlar nəinki islamçılara, hətta, əlləri çatdığı hər kəsdən istifadə edirlər. Təki onlar istəyən olsun. Bu cür yazıların, “dəstək”lərin arxasında təbbi bir hiylə durub. Bu cür insanlar anlayırlar ki, özləri çox zəifdirlər və o üzdən üzlərini dindarlara tərəf tutub, onlardan kömək istəyirlər. İnanın, sabahları dövlət qərar çıxartsa ki, Qafqaz Müsəlmanlar İdarəsinin vasitəsi ilə bütün məktəblərə hicablı şagirdlərin gəlişi stimullaşdırılsın, bütün dövlət idarələrində, efirlərdə onlara geniş meydan verilsin, din dövlət siyasətində geniş iştirak eləsin, hətta, bayrağımızın yaşıl rəngi digər iki rəngi üstələsin, onda görəcəksiniz ki, hicab məhbuslarını, zindanda yatan nüfuzlu dindarları öz sözlərində dəstəkləyən şəxslər dövləti İrana işləməkdə suçlayaraq, fundamentalizimdə ittiham edəcəklər.
Budur, onların mahiyəti. Onlar kimlərəsə yanmırlar, əsas hədəfləri, güddükləri dövlətin başına keçməkdir və dindarları dövlətlə vuruşdurmaqdan ibarətdir".
"Yanlış fikirdir. İnanclı şəxslərdən istifadə edib nə pis iş görmüşük ki? Bu gün istər inanclı, inancsız, müxalifət, bir sözlə Azərbaycanı sevən hər kəs ölkədə demokratik abu-havanın qurulması üçün bir yerə cəmləşib.
Onların yaşadıqları məhrumiyyətlər onları bir amal uğrunda - Azərbaycanın demokratikləşməsi üçün bir yerə toplayıb".
"Təki səmimi olsunlar. Bəlkə də, anlamağa başlayıblar. Ola bilsin ki başa düşürlər ki, əsl vətəndaş mövqeyini ortaya qoyan, xalqın, dövlətin təhlükəsizliyi uğrunda canını belə fəda etməyə hazır olan dindarlar ölkəmiz üçün uğurlu kəsimdir. Amma mənim bunlardan dalağım sancıb həmişə. Sıraları boşalan müxalifət ola bilsin ki, bəzi dindarların aldanaraq onların kəmiyyətini artıracağını düşünür. Ümumiyyətlə, mən bir sıra müxalifəti elə iqtidarla bir sırada görürəm. Yalandan özlərini müxalifət adlandırırlar".


  • Yazılıb
  • da (də) 2014 Nov 10