Tarix : 2014 Nov 11
Kod 44660

"Əzadarlara hücum edənlər Aşura qiyamına qarşı olanlardır"

Müsəlmanların oyanışına qarşı olanlar, əsla Aşura mədəniyyətinin yaşadılmasını istəmirlər

Arannew - Ayətullah Həmadani: "Müsəlmanların oyanışına qarşı olanlar, əsla Aşura mədəniyyətinin yaşadılmasını istəmirlər"

İslam aləminin tanınmış təqlid mərcilərindən Ayətullah Huseyn Nuri Həmadani, məhərrəm ayı ərzində matəm (əzadarlıq) məclislərinə edilən hücumlar barədə danışıb:

"Zaman keçdikcə insanlar Aşura mədəniyyətini daha çox mənimsəyirlər və bu hərəkatın mesajını daha yaxşı qavramaqdadırlar. Düşmənlərimizə qarşı mübarizədə izləniləcək ən gözəl yol Hüseyni Aşura mədəniyyətini canlı tutmaqdır.

Hindistan, Ərəbistan, Bəhreyn və Nigeriyada Hüseyni mərasimlərə hücum edənlər, Aşura qıyamına qarşı olanlardır. Müsəlmanların oyanışına qarşı olanlar, əsla Aşura mədəniyyətinin yaşadılmasını istəmirlər. Qum Elm Hövzəsi, Ərəbistanda İmam Hüseyn(ə) matəminə iştirak edən möminlərə edilmiş hücumu şiddətlə qınayıb. Uca Allahdan şəhidlər üçün üstün dərəcələr və yaralılara da təcili şəfalar niyaz edirik.

İslam düşmənləri müsəlmanları qarşı-qarşıya qoymaq üçün IŞİD kimi təkfirçi terror təşkilatlarını yaradıblar. Diqqət yetirdikdə bu təşkilatların sionistlərlə də heç bir problemi olmadığı görünür. Çünki eyni məqsədin xidmətçisidirlər."

  • Yazılıb
  • da (də) 2014 Nov 11