Tarix : 2014 Nov 12
Kod 44673

Önümüzdəki illərdə dünyanı qlobal sınaqlar gözləyir

Mən böyük təcrübəmdən hiss edirəm ki, yaxın illərdə dünyada qlobal sınaqlar vaxtı yetişəcək və bizim üçün dünya düzəni dəyişiləcək

Arannews - “Önümüzdəki illərdə dünyanı qlobal sınaqlar gözləyir”.

bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.

O, qlobal sınaqların Qazaxıstana mənfi təsir edəcəyini bildirib:

“Mən böyük təcrübəmdən hiss edirəm ki, yaxın illərdə dünyada qlobal sınaqlar vaxtı yetişəcək və bizim üçün dünya düzəni dəyişiləcək. Qlobal iqtisadiyyatın bir hissəsi və geosiyasi gərginliyə yaxın ölkə kimi bütün bu proseslər Qazaxıstana mənfi təsir göstərir".

Qeyd edək ki, Astana indiyə qədər Rusiyanın Krım və Donbasdakı olduğu kimi Qazaxıstanın şimalındakı rus dilli əhalini qorumaq üçün ölkəyə müdaxilə edəcəyindən qorxur. Buna görə də Qərb analitikləri Qazaxıstanın son günlər Çinlə daha da yaxınlaşdığını bildirirlər.

  • Yazılıb
  • da (də) 2014 Nov 12