Tarix : 2014 Nov 12
Kod 44680

İran prezidentinin Azərbaycana səfəri çərçivəsində 10 əməkdaşlı sənədi imzalanacaq

İki tərəf arasında imzalanacaq bu 10 sənəd əsasən siyasi, iqtisadi, mədəni, sərhəd və konsulluq işləri üzrə əməkdaşlıqları əhatə edir

Arannews - İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: İran İslam Respublikası prezidenti cənab Həsən Ruhaninin Azərbaycana səfəri zamanı 10 əməkdaşlıq sənədi imzalanacaq.

İbrahim Rəhimpur Bakıda Beynəlxalq Səhər Kanalı müxbiri ilə müsahibədə həmçinin deyib: İki tərəf arasında imzalanacaq bu 10 sənəd əsasən siyasi, iqtisadi, mədəni, sərhəd və konsulluq işləri üzrə əməkdaşlıqları əhatə edir.

Rəhimpur bu 10 əməkdaşlıq sənədinin bu gün iki ölkə prezidentləri tərəfindən imzalanacağını da qeyd edib.

İranın xarici işlər nazirinin müavini İran-Azərbaycan münasibətlərini son dərəcə güclü adlandırıb və deyib: Bu görüşlər regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə yaxşı təsir bağışlamış olacaq. 

  • Yazılıb
  • da (də) 2014 Nov 12