Tarix : 2014 Nov 12
Kod 44683

İran əleyhinə sanksiyalarin tam ləğv edilməsi moskovanin istəyidi

Rusiya xarici işlər nazirinin müavini və baş nüvə müzakirəçisi İran əleyhinə sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.

AranNews- Sergey Ryabkov çərşənbə axşamı günü jurnalistlərə deyib: Qənaətimizcə, İran barəsində sanksiyaların tam dayandırılması və ləğvi layihəsi müzakirələrdə iştirak edən bütün tərəflər tərəfindən qəbul edilməlidir.

Ryabkov əlavə edib: İran barəsində sanksiyalar məsələsi və onun ləğvi perspektivi nüvə müzakirələrində təxminən yeganə əsas məsələdir.

Rusiyanın baş nüvə müzakirəçisi İran haqda qərbin birtərəfli sanksiyaları ilə barəsində deyib: Həmişə bildirmişik və indi də vurğulayırıq ki, bu sanksiyaların qanuniliyi yoxdur və tam şəkildə ləğv edilməlidir.

Ryabkovun sözlərinə görə, İran və 5+1 qrupu müzakirələri 18 noyabrda davam etdirmək razılığına gəliblər.

Təyin olunan zamana qədər ixtilafların həlli və nəticəyə çatmaq üçün Rusiyanın səylərini vurğulayan Ryabkov bildirib: Rusiya Vyanada son saata qədər öz səyini davam etdirməkdə öhdəliklidir və artıq başqa həll yolları və seçimlərini düşünmək üçün zaman yoxdur.

  • Yazılıb
  • da (də) 2014 Nov 12