Rusiya və İran arasında Moskvada imzalanan razılaşma çərçivəsində Rusiya İranda 2 yeni Atom Elektrik Stansiyası inşa edəcək.
AranNews- Moskvada olan İran Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi və rusiyalı həmkarı Sergey Kirienko, 2 ölkə arasında nüvə əməkdaşlığı ilə bağlı bir sıra razılaşmalar imzalayıblar.
Əli Əkbər Salehi bu razılaşmanı, iki ölkə arasında münasibətlər baxımından dönüş nöqtəsi kimi dəyərləndirib.
Razılaşmada gələcəkdə başqa yeni stansiyaların da inşa ediləcəyi bildirilir. Salehi deyib ki, ümumilikdə Buşehrdə 5 Atom Elektrik Stansiyası inşa ediləcək. Lakin hələki ilkin olaraq 2-nin inşasına qərar verilib.
“Ria Novosti” isə məlumat verib ki, razılaşma çərçivəsində bundan başqa 4-ü Buşehrdə olmaqla, 8 su reaktoru da inşa ediləcək və stansiyadakı yanacaq da Rusiya tərəfidndən təmin ediləcək.