Tarix : 2014 Nov 14
Kod 44702

İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyətə başlaması

AranNews- İqtisadi əməkdaşlıq komissiyası dörd illik təxirdən sonra Vaizinin başçılıq etdiyi 60 nəfərlik heyətin Bakıya səfər etməsi və Bakı İclasının sonunda İran və Azərbaycan ölkələri arasında müqavilə imzalanması ilə son iki ildə iki ölkənin bir-birinə inanmasını, Tehran və Bakının siyasətlərində münasibətlərin güclənmək istəmələləri özünü göstərir.
İran tərəfindən sənaye, neft, qaz, su, elektrik, rabitə, informasiya, turizm, səhiyyə kimi yüksək dövlət və xüsusi sahələrdə təcrübəli, maraqlı, yüksək iqtisadi potensiallara malik heyətlərin Azərbaycana göndərilməsi, həmçinin iqtisadi əməkdaşlıq komissiyasında qarşı tərəfin dövlət və xüsusi sahələrinin aktivləri tərəfindən bu heyətlərin geniş və yüksək maraqla qarşılanması hər iki tərəfin fərqli maraqlarınından xəbər verir.
Çox xırda fikir ayrılığı ilə İranın investisiya təşkilatı və Azərbayacanın İnvestisiyaların Təşviqi Fondunun və Ticarətin Təşviqi Təşkilatı tərəfindən əməkdaşlıq sənədinin imzalanması tərəflərin daha çox razılaşma əldə etmək istəmələrini, müxtəlif sahələrdə daha faydalı fəaliyyətlər göstərmək istəmələrinindən xəbər verir.
Ali Məqamlı Rəhbər İlham Əliyevlə görüşdə İran və Azərbayacan dövlət başçıları arasında aparılmış müzakirə və razılaşmaları, ortaq iqtisadi əməkdaşlıq komissiyasının yaradılmasının bəyənilən olduğunu bildirdi və vurğuladı ki, iki ölkənin geniş potensial və imkanlarını nəzərə almaqla hazırkı mübadilənin səviyyəsi çox azdır.
Ali Məqamlı Rəhbər bu səfərlərin iqtisadi və regional əməkdaşlıqlar üçün müqəddimə olacağına da ümid etdiyini bildirdi.
Bu görüşdə İ. Əliyev İrana səfər etməsindən sevinc hissi duymasını bildirməklə yanaşı iki ölkə arasındakı müzakirələri çox konstruktiv adlandırdı və İran-Azərbaycan ortaq iqtisadi əməkdaşlıq komissiyasının öz işinə başlamasını bildirərək artırdı: "Bu səfər sənət, ticarət, nəqliyyat və turizm kimi müxtəlif sahələrdə münasibətlərimizin güclənməsinə kömək edəcək".
Beləliklə, İran və Azərbaycan ölkələri öz münasibətlərini gücləndirmək üçün yeni sahələrdə əməkdaşlıq, iqtisadi imkanları tanımaq, konstruktiv anlaşmaya nail olmaq, iki tərəfli gəlir əldə edəcək bir oyuna girmək fikrindədirlər.
Mövzunu izləyən ekspertlərin qənaətincə, tərəflər artıq belə nəticəyə gəliblər ki, bir-birlərinə yaxşı ortaqlar ola bilər və iki ölkənin iqtisadi potensiallarını tanıyaraq, razılaşmaları həyata keçirməklə müsbət iqtisadi nailiyyətlər əldə edə bilərlər.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin iki ölkə arasındakı geniş iqtisadi potensiallara toxunaraq deyib: "İki ölkə arasında nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm, bankçılıq, suvarma, ticarət, ortaq istehsalat, sənət sahələrində böyük potensiallar vardır".
Digər tərəfdən prezidentin birinci müavini cənab Cahangiri Əli Abbasovla Tehranda görüşündə iki ölkə arasında ticarət mübadiləsinin və iqtisadi səviyyənin gözlənildiyindən az olduğunu bildirdi və bunun iki dost və qardaş ölkənin şənində olmadığını vurğuladı. O artırdı: "Ona görə də bu sahələrdə maneləri tanımalı, onları aradan qaldırmalı, Tehran-Bakı arasında mübadiləni artırmaq lazımdır".
İlham Əliyev İran iqtisadi komissiyası heyətin başçısı Vaizi ilə görüşündə iki ölkə münasibətlərindəki prosseslərə toxunaraq deyib: "Ortaq iqtisadi və mədəni komissiyanın yaradılmasının Bakı-Tehran münasibətlərində konstruktiv rolu olacaq. İnanıram ki, komissiyada qeyd olunan məsələlər iki ölkənin siyasi, mədəni və iqtisadi münasibətləri daha da möhkəmlənməsinə kömək edəcək".
Beləliklə iki ölkə rəsmiləri iqtisadi əməkdaşlıq komissiyasının təşkilindən sonra gözlənildiyindən çox aşağı olan iqtisadi mübadilənin həcminin öz həddində artacağına ümid edilrlər.
Bu mövzu iqtisadi mübadiləni dərinləşdirməklə yanaşı iki ölkənin strategiyasını da formalaşdıra bilər.
Azərbaycan tərəfiindən tranzit məsələlərində qayda-qanunlara düzəliş, xüsusi sahələri dəstəkləmək, obyektlərin açılması qısa müddətdə iqtisadi münasibətləri genişləndirməyə çalışmanı göstərə bilər.
Şahin Mustafayevin 9-cu iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etmək üçün Tehrana gəlişi də bu məqsədlədir. Ümidvarıq ki, bu görüşlər iki ölkə arasında daha yeni sahələrdə münasibətlərin genişlənməsinə də təsir göstərəcək.
Azərbaycan Respublikası Qafqazda ən güclü iqtisadiyyata malik olan bir ölkə, həmçinin bu regionun giriş qapısı kimi İranla birlikdə hədsiz-hüdudsuz imkanlar və üstünlüklərdən faydalana bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının müstəqil olmasının ilk illərində İran bu ölkənin ən önəmli ticarət ortağı sırasında idi. Zaman keçdikcə və bəzi hadisələrin qarşıya çıxmasından sonra iki ölkə arasında geniş ticarət imkanları olmasına baxmayaraq, ticarət mübadilələrinin həcmini artırmaq üçün müzakirələr elə də faydalı olmadı. Hətta, iki ölkə əməkdaşlıqları arasında boşluqlar da yaranmağa başladı.
Azərbaycan Prezidenti İ. Əlliyevin Tehran səfərinin nailiyyətlərindən birini də İran və Azərbayacan iqtisadi əməkdaşlıq komissiyasının başçılarının təyin edilməsi bilmək olar.  İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi  və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bu komissiyanın yeni sədrləri kimi təyin edildilər. Yeni sədrlərin təyini ilə komissiya sənət, ticarət, neft-qaz, enerji, nəqliyyat, turizm kimi müxtəlif sahələrdə öz aktiv fəalliyyətinə başladı.
Ümid edirik ki, əldə edilmiş razılaşmaları və qəbul edilmiş qərarları izləməklə onların icra və həyata keçməsi prossesi asanlaşacaq, ölkəmizin iqtisadiyyatının çiçəklənməsini görəcəyik. Çünki iki ölkə rəsmilərinin vədələrinin həyata keçməməsi hər iki tərəfin etibarına böyük zərbə vura və öz ardınca əvəzedilməz xəsarətlər gətirə bilər.


  • Yazılıb
  • da (də) 2014 Nov 14