Tarix : 2014 Nov 15
Kod 44709

Rusiya böyük böhrana hazırlaşır

Putin : Biz bütün ssenarilərə hazırlaşırıq

Arannews -  Rusiya Prezidenti Vladimir Putin ölkəsinin qarşıdan gələn “Böyük böhran”a hazırlaşdığını açıqlayıb.

 Putin 400 milyard dollarlıq ehtiyat fondunun dəstəyi ilə yeni böhran ssenarilərinə hazırlıq görüldüyünü deyib.

Avstraliyada təşkil olunan “G20” zirvəsindən öncə “İTAR-TASS” xəbə ragentliyinə açıqlama verən Rusiya dövlət başçısı yeni böhranla üz-üzə qalacaqlarını etiraf edib:

“Biz bütün ssenarilərə hazırlaşırıq. Bura enerji qiymətlərinin dağıdıcı eniş ssenarisi də daxildir. Biz bunu qəbul edirik”.

Xatırladaq ki, Ukrayna böhranı səbəbindən Qərbin sanksiyaları ilə üzləşən Rusiya eyni zamanda neft qiymətlərinin geriləməsinə görə maliyyə bazarlarında problem yaşamaqdadır. Rublun sürətlə düşməsi nəticəsində Rusiya milyardlarda dollar itirib.

                                                       

  • Yazılıb
  • da (də) 2014 Nov 15