Tarix : 2014 Nov 15
Kod 44714

İnsan haqları ilə bağlı fəaliyyət aparan təşkilatlar, Şeyx Nimrin azadlığa buraxılmasını tələb ediblər

Etirazçı ruhaniyə qarşı edam qərarının çıxarılması onun Ərəbistan xalqının hüquqlarını müdafiə etməsi və ölkədə baş alıb getməkdə olan haqsızlığı ifşa etdiyi üçün baş verib

Arannews -  İnsan haqları ilə bağlı fəaliyyət aparan 16 təşkilat ötən cümə axşamı bəyanat yayıb.

Bəyanatda Ərəbistan məhkəməsinin ölkənin etirazçı ruhanisi Şeyx Baqir Nimrə qarşı cixardığı qərar pislənilib.

Bildirilib ki,"Etirazçı ruhaniyə qarşı edam qərarının çıxarılması onun Ərəbistan xalqının hüquqlarını müdafiə etməsi və ölkədə baş alıb getməkdə olan haqsızlığı ifşa etdiyi üçün baş verib."

Bəyanatda həmçinin Şeyx Nimrin edam hökmü, Beynəlxalq İnsan Haqları qanunlarının üçüncü bəndi ilə tamamilə ziddiyyət təşkil etdiyi deyilir və Ərəbistandan BMT-nin İnsan Haqları Şurası qarşısında qəbul etdiyi öhdəliklərə sadiq qalması istənilir.

Qeyd edək ki,Şeyx Nimrə qarşı çıxarılan edam hökmü Ərəbistanın daxilində, regionda və beynəlxalq ictimaiyyətlər tərəfindən etriazlarla qarşılanıb.

  • Yazılıb
  • da (də) 2014 Nov 15