Arannews - Ermənistan Silahlı
Qüvvələri işğal altındakı Azərbaycan ərazilərində keçirdikləri “Birlik-2014” təlimlərində
ötən gün hava hücumundan müdafiə vasitələrindən praktik atışlar keçiriblər.
erməni silahlı birləşmələri “Osa”
zenit-raket kompleksi (NATO kodu SA-8 Gecko) ilə keçirdikləri atışların
fotolarını yayımlayıblar.
Atışların hansı ərazidə
keçirildiyi barədə məlumatlar verilməyib. Qeyd edək ki, ermənilərin açıqladığı
rəsmi məlumata görə, təlimə 47000 nəfər şəxsi heyət, 2100 artilleriya sistemi,
850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə
vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub.