bu hadisə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqları mürəkkəbləşdirə bilər
Arannews - Fransanın Ermənistandakı
səfiri Jan-Fransua Şarpante Azərbaycanın işğal olunmuş ərazilərində döyüş
uçuşları keçirərkən vurulan Ermənistana məxsus hərbi helikopterlə bağlı bəyanat
verib.
Məlumata görə, fransalı diplomat
bildirib ki, biz noyabrın 12-də baş vermiş hadisədən təəssüflənir və hadisə
zamanı dünyasını dəyişmiş üç erməni hərbi qulluqçusunun ailələrinə, yaxınlarına
başsağlığı veririk.
O deyib: " bu hadisə Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqları mürəkkəbləşdirə
bilər. Mən Fransanın İrəvandakı səfiri kimi, yalnız onu arzulaya bilərəm ki, tərəflər
ən yaxın günlərdə və həftələrdə ritorikadan, istənilən fitnəkar hərəkətlərdən,
vəziyyətin gərginləşməsindən çəkinsinlər, ATƏT-in Minsk qrupunun həmsədrləri
vasitəsilə Soçidə, Nyuporte və Parisdə başlanılmış dinamik dialoqu davam
etdirsinlər.
Xatırladaq ki, noyabrın 12-də Ermənistana
məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün
vurulub.
Azərbaycanın işğal olunmuş ərazilərində
döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin
İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya
olunan 15-ci helikopter bazasına məxsusdur.