Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib
Arannews - Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Şəmkir hərbi
birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa edilmiş qərargah binasının
açılışında iştirak edib.
Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş
Komandanına raport verib.
Dövlət başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah
binasında yaradılan şəraitlə tanış olub.
Daha sonra İlham Əliyev operativ müşavirə keçirib. Müşavirədə
Z. Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və cəbhənin təmas xəttindəki vəziyyət
barədə məruzə edib.
Prezident bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin
qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan
Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək
qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı
qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab
verəcəyinə əmin olduğunu bildirib. Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini
verib.
Daha sonra dövlət başçısına hərbi qulluqçuların yay-qış
geyim formalarına baxıb.
Onu da deyək ki, hərbi hissədə hərbi
qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli 5 mərtəbəli
yaşayış binası da inşa olunub.