Tarix : 2014 Nov 17
Kod 44741

Rusiya Ukraynadan çıxmağa hazırlaşır

bu barədə informasiyanı ATƏT yayıb

Arannews - Rusiya və Ukrayna hər iki tərəfin qoşunlarının Donbasdan çıxarılması haqqında plan hazırlayıb.

Unian.net xəbər verir ki, bu barədə informasiyanı ATƏT yayıb.

Təşkilat proyektin üç mərhələdən ibarət olduğunu bildirib. Bu mərhələlər iki günlük sakitliyin bərpa olunması, beş gün ərzində ağır texnikanın bölgədən kənarlaşdırılması və Minsk Memorandumuna əsasən, 21 gün ərzində təmas xətləri üzərində qüvvələrin bölünməsindən ibarət olacaq. Hazırda Rusiya və Ukraynanın bu proyekti Donetsklə müzakirə etməyə başladığı söylənilib.

Qeyd edək ki, ATƏT-in yayımladığı hesabatda Luqanskın adı çəkilməyib.

  • Yazılıb
  • da (də) 2014 Nov 17