Arannews - “Hamıya bəllidir ki, Putin Sarkisyana qarşı nifrətdən başqa bir
hiss daşımır və bunda Serj Azatoviçin özünün günahının böyük payı var”.
bu sözlər erməni jurnalist Razmik Akopcanyanın bu günlərdə dərc olunmuş məqaləsində
yer alıb. Məqalə müəllifi 9 noyabr 2013-cü ildə Moskva ətrafında yerləşən hərbi
hava limanında Putinlə Ukrayna lideri Yanukoviçin gizli görüşündən bəhs edib.
Almaniyanın “Der Spiegel” jurnalın təfərrüfatları dərj olunmuş bu görüşdən
sonra Yanukoviç Avropa Birliyi ilə tərəfdaşlıq niyyətlərindən əl çəkdi.
Razmik Akopcanyan belə bir günün Serj Sarkisyanı da gözlədiyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ermənistanın suverenliyini ciddiyə almır və rəsmi
İrəvanın Kremlin istəyindən kənar istənilən addımına görə Serj Sarkisyanı cəzalandıra
bilər.
Məqalə müəllifi fikirlərini əsaslandırmaq üçün Putinin müşaviri Sergey
Qlazevin bir vaxt Ermənistanı Rusiyanın ərazisi saymasını xatırladıb: “Ermənistanı
Rusiyanın Kalininqrad vilayəti ilə müqayisə edən Qlazev göstərib ki, Kreml
bizim müstəqillimizə tüpürür”.