Arannews - “Atlas”Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Elxan Şahinoğlu 3Rusiya faktorunun türk iqtisadiyyatındakı
rolunu şərh edib. Ekspertin qənaətincə, Rusiya faktoru iqtisadi-siyasi anlamda
ABŞ amilini üstələməkdədir:
“Amerikanın cazibəsi getdikcə azalır.
ABŞ-ın vitse-prezidenti Cozef Bayden Türkiyəyə gedir, sıradan bir səfərə bənzəyir,
nə türkiyəli rəsmilər, nə də Türkiyə cəmiyyəti sevinir, iki dövlət arasında
iqtisadi-ticarət əməkdaşlığı da aşağı səviyyədədir. Rusiya prezidenti Vladimir
Putin Türkiyədə gedir, böyük hədəflərdən danışılır, ticarət, enerji əməkdaşlığı,
turist sayı fontan vurur, statistika da bundan xəbər verir. Putini bəyənək, ya
bəyənməyək, ancaq Türkiyənin qazancı ABŞ-dan deyil, Rusiya ilə əməkdaşlıqdan
çıxır...”