Tarix : 2014 Dec 01
Kod 44889

Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya səfər edəcə

Arannews - Sabah, dekabrın 2-də İran İslam respublikası ilə Azərbaycan respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya səfər edəcək.

Səfər çərçivəsində Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

  • Yazılıb
  • da (də) 2014 Dec 01