Tarix : 2014 Dec 05
Kod 44910

Bakının təhlükəsizlik və siyasət prosedurlarına baxış

Azərbaycan Respublikası Cənubi Qafqazın digər ölkələri kimi bir sıra təhlükəsizlik problemləri ilə qarşılaşıb. Bu da onun təhlükəsizlik prosedurlarına birbaşa təsir göstərir. Azərbaycanın iyirmi illik daxili və xarici siyasətlərinə diqqət etdikdə görünür ki, bu ölkə uzun və həll olunmayan Qarabağ münaqişəsi, islamçılığın güclənməsi, vəhabi hərəkatları, xarici ölkələr tərəfindən təxribat hərəkatları, Ermənistanın kəşfiyyat hərəkətləri, enerji nəql edən boruların partladılması mümkünlüyü, ləzgi və avarlar kimi azlıqda olan xalqların speratçılıq hərəkatları, Rusiya və qərb ölkələrinin kəşfiyyat hərəkətləri və onların dövlətlə müxalif qruplarla əlaqəsi, Gürcüstanda baş verən rəngli inqilab kimi bir inqilabın baş tuta biləcəyi, Türkmənistanın Kəpəz və Sərdar kimi dörd neft yatağına görə hədələri, Rusiya və Gürcüstanla sərhədlərdə hələ də ərazi məsələlərinin həll olunmaması, Rusiyanın Ermənistanda gücünün artması kimi təhlükəsizik problemlərinin cəngindədir.
Bütün bunlarla belə sözsüz ki, Azərbaycanın ən böyük problemi Qarabağ münaqişəsi və Ermənistanın bu münaqişə qarşısında siyasətləridir.
1993-94-cü illərdə Ermənistanla hərbi qarşılaşma və Qarabağın itirilməsi, həmçinin konfliktin davam etməsi ölkənin Hərbi Doktrinası tərəfindən Qarabağ münaqişəsinin son iyirmi ildə Azərbaycanın milli təhlükəsizliyinə qarşı əsas təhdid kimi tanınmasına səbəb oldu. Hərbi Doktrinanın 2010-cu ilin iyun ayında ölkənin Milli Məclisinə təqdim etdiyi layihəsinin ikinci fəslinin 14-cü maddəsində (Azərbaycan Respublikasının təhlükəsizlik ərazisi) aşağıdakı məsələ əsas təhdid kimi qeyd edilir: "Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası ərazisinin bir hissəsinin işğalı, Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin aparılması, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə nəticələnmiş təcavüz aktının davam etdirilməsi". Maddənin sonunda vurğulanır: "(Ermənistan) Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mənfi təsir göstərən əsas amildir".
Qeyd edilən məsələlərin hamısının ortaq məxrəci Ermənistanın Azərbaycanın milli təhlükəsizliyi üçün əsas təhdid olması və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin Bakının öndə duran məsələsi olmasıdır. Ona görə də Azərbayacanın təhlükəsizlik prosedurlarını tanımaq son iyirmi ildə Qarabağ münaqişəsinin həll edilməsi yolundakı siyasətlərini araşdırmağın girovundadır.
Azərbaycanın təhlükəsizliyində baş verən hadisə və dəyişikliklərin tarixinə nəzər salmaq onun çoxlu eniş-yoxuşlu olması gözə çarpır.
Azərbaycanın müstəqil olmasından sonra ölkəyə qısa müddətdə (1991-ci il 30 avqustdan 1992-ci il 6 marta kimi) başçılıq edən Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun dövründə Bakının siyasətləri Rusiyanın siyasətləri ilə tamamilə uyğun idi. Xalq Cəbhəsinin Əbülfəz Elçibəyin başçılığı ilə bir illik hakimiyyəti dövründə (1992-ci il 16 iyundan 1993-cü il sentyabrına kimi) ifratçı milliyyətçi görüşlərinə görə ölkənin təhlükəsizlik baxışları Türkiyəni izləyirdi və regionda milliyyətçiliyin təbliğinə söykənirdi.
Ermənistanla müharibənin qarşıya çıxması və Qarabağın itirilməsi bu dövrdə Azərbaycanın Ermənistan qarşısında ən ciddi müttəfiqi kimi Türkiyəyə yaxınlaşmasına səbəb oldu.
1993-cü ildə Heydər Əliyevin iş başına gəlməsi və onun 10 il hakimiyyətdə qalması (1993-cü il 3 oktyabrdan 2003-cü ilin oktyabrına kimi) Azərbaycanın təhlükəsizlik baxışları təqribən orta həddə yaxınlaşdı. Bu dövrdə H. Əliyev ölkənin xarici siyasət və təhlükəsizliyi baxımından Rusiya və qərb arasında tarazlıq yaratmağa çalışdı.
Əliyev dövlətinin tarazlıq siyasəti elan etməsinə baxmayaraq faktiki olaraq tədricən xarici siyasət və təhlükəsizlikdə qərb təmayüllü oldu. Bu yaxınlaşmanı1999-cu ildə ölkənin təhlükəsizlik layihələrində daha nəzərə çarpan halda müşahidə etmək olar. Həmin il Azərbaycan Respublikası xarici qüvvə və bazalarının bu ölkədə yerləşməsi üçün üç növ layihə təqdim etdi. Birinci layihədə Azərbaycan rəsmiləri, xüsusilə həmin dövrdə müdafiə naziri Səfər Əbiyev və prezidentin siyasi müşaviri Vəfa Quluzadə ABŞ, yaxud NATO qüvvələrinin Bakının şimalından 45 km-də yerləşən Nasosnu Hərbi Hava qüvvələri bazasında yerləşdirməyi təklif etdilər.
Azərbaycanın bəzi rəsmilərinin ikinci layihəsi Türkiyənin İncirlik bazasında yerləşən ABŞ qüvvələrinin Abşerona köçürülməsi təklifi idi.
Üçüncü layihə isə bir sıra rəsmilər tərəfindən ölkədə Türkiyə qüvvələrinin yerləşdirilməsi üçün bazaların təsis edilməsini təklif edilməsi idi.
Bu layihələrin təklifinin əsas əhəmiyyəti (onun həyata keçməsini nəzərə almadan) bu idi ki, 1999-cu ilə qədər Azərbaycan Respublikası fəxr edirdi ki, Qafqazın digər iki ölkəsinin əksinə olaraq bu ölkədə heç bir xarici hərbi qüvvə yerləşməyib. Azərbaycanın ABŞ, NATO və Türkiyə qüvvələrinin ölkədə yerləşməsini təklif etməsi həmin ildə Azərbaycanın təhlükəsizlik  prosedurlarının transregion və qərbə yanaşma meyilli olduğunu göstərir. Bu mövqe Rusiya və Ermənistanın təhlükəsizlik prosedurlarından tamamilə fərqli idi.
Bu təkliflərdən əlavə 1999-cu ildə Azərbaycanın təhlükəsizlik məsələlərində baş verən əsas və ciddi dəyişiklik Azərbaycanın MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından imtina etməsi oldu. Azərbaycan, Rusiyanın MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında hegemonluğuna və bu təşkilatın regionun məsələlərini həll edə bilməsində acizliyinə etiraz olaraq rəsmi surətdə bu təşkilatın tərkibindən çıxdı. Əlbəttə, Bakının bu təşkilatdan imtina etməsinə kifayət qədər dəlili var idi.
Bakının qeyd olunan təşkilatdan çıxmağa qərar verməsinin səbəbi bu idi ki, ölkə rəsmilərinin təhlükəsizlik baxışlarının NATO yönlü olması çərçivəsində bu nəticəyə çatmışdılar ki, Bakı MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı ilə əməkdaşlığı davam etdirdiyi surətdə NATO ölkələri ilə münasibətləri artırmaq və NATO-da üzvlük mümkün olmayacaq. Bundan əlavə Rusiyanın Ermənistana silah-sursat satması Bakı rəsmilərinin NATO-da üzv olmağa çalışmalarına daha da təhrik etdi. Elə bu məsələlər də müdafiə naziri Səfər Əbiyevin 2000-ci il may ayının 27-də NATO baş katibinin müavini Piterlə görüşündə Azərbaycanın bu təşkilatda üzv olmasını istəməsinə səbəb oldu. Əlbəttə, Azərbaycanın bu xahişi qəbul edilmədi və onun əvəzinə NATO-Azərbaycan münasibətlərinin genişləndirilməsinə razılıq verildi.
Bakının NATO-ya daha tez qoşulmaq arzusuna baxmayaraq Azərbaycan-NATO münasibətləri nisbətən zəif hərəkət edir. Qarabağ məsələsi bu mövzuya kölgə salan əsas amillərdəndir. 1990-cı ilin əvvəllərində ABŞ konqresində 907-ci qanunun qəbul edilməsi və bu qanunda Azərbaycana hər növ hərbi yardımın qadağan olması da Azərbaycan-NATO əməkdaşlıq prosesinə mənfi təsir göstərən amillərdəndir.
2011-ci il 11 sentyabr hadisəsi Cənubi Qafqaz məntəqəsinin xüsusilə də Azərbaycan Respublikasının mövqeini NATO-nun təhlükəsizlik layihə və proqramlarında daha da artırdı. Terrorçuluqla mübarizə və NATO-nun sülh naminə tərəfdaşlıq proqramları çərçivəsində Əfqanıstan və İraqa hərbi qüvvə göndərilməsi,  2002-ci ilin noyabrında NATO Parlament Assambleyasında üzv olması, NATO-nun Rose Roth təşkilatında aktiv iştirakı, 2004-cü ildə NATO-da Fərdi Tərəfdaşlıq üzrə Əməliyyatda iştirak etməsi, hərbi və müdafiə infrastrukturlarının NATO standartlarına uyğunlaşdırması və bu mövzunun ölkənin Hərbi Doktrinasının 7-ci fəslinin 61-ci maddəsində qeyd edilməsi bu mövqenin ən əsas amillərindən hesab olunur.
Azərbaycanın NATO-nun fəaliyyətlərində iştirak etməyə daha çox maraqlı olması, QUAM müqaviləsində üzv olması Bakı təhlükəsizliyinin son illərdə qərbə meyilli olmasında yeni dəyişiklik hesab edilir. Qərb yönümlü olmaq və Rusiya ilə müqavilələri dayandırmaq QUAM-a üzv olan dövlətlərin əsas marağı olduğu üçün üzv dövlətlərin başçıları Avropa infrastrukturlarında yaxınlaşmanı və trans-Atlantik təhdidlərin və təhlükələrin əsaslı surətdə azaldılmasına təkid edirlər. Azərbaycanın bu müqaviləni imzalaması onun Rusiyadan uzaqlaşmağı və NATO təşkilatına yaxın olmaq istəməsini təsdiq etmək deməkdir.
Azərbaycanın QUAM-dan əlavə Trabzon təhlükəsizlik müqaviləsində də aktiv iştirakı bu dövlətin Rusiya və Ermənistan kimi ölkələrin təhlükəsizlik prosedurlarından daha fərqli bir proqram seçməsini göstərir. Bu müqavilə 11 sentyabr terror hadisəsindən sonra Vaşinqtonun dəstəyi ilə Qafqaz regionunda təhlükəsizliyə nəzarət məqsədilə yaradıldı. Təşkilatın hədəfinin terrorizm və təşkilatlanmış cinayətkarkığa qarşı mübarizə olması bildirilsə də həqiqətdə o da QUAM müqaviləsi kimi Rusiya və İranın Qafqazda nüfuzunu azaltmaq məqsədilə formalaşdı və bu hədəf Azərbaycanın təhlükəsizlik yanaşmalarında qərarlaşdı.
Azərbaycanın qərbyönlü təhlükəsizlik təşkilatlarında üzvlük və fəaliyyətlərindən əlavə ABŞ-la geniş əlaqələri bu dövlətin təhlükəsizlik proqramlarının qərbyönlü olmasını bir daha sübut edir. ABŞ bazalarının Azərbaycanda yerləşdirilməsini təklif etmək, 2001-ci ildə ABŞ-ın başçılıq etdiyi terrorizm əleyhinə koalisiyaya qoşulmaq, ABŞ-ın İraq və Əfqanıstana hava hücumu üçün Azərbaycanın hava yollarından istifadə etməyə icazə vermək, İslam ölkələri arasından ilk ölkə olaraq İraq və Əfqanistana hərbi qüvvə yeritmək, ABŞ-dan beş milyon dollar məbləğində hərbi yardım almaq, 2003 və 2004-cü illərdə ABŞ-la birgə Xəzərdə hərbi manevrlər keçirmək, Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsziyini təmin etmək üçün ABŞ qüvvələrini ölkəyə dəvət etmək Azərbaycanın təhlükəsizlik və siyasi yanaşmalarında baş verən dəyişikliklərini göstərən bəzi göstəricilərdir. 
Azərbaycan dövlətinin iyirmi illik siyasətlərinə və dövlət rəsmilərinin açıqlamalarına nəzər saldıqda bu ölkənin təhlükəsizlik yanaşmalarının qərb meyilli olması aşkar görünməkdədir. Bu ölkənin Rusiyanın siyasətlərinə uyğun təşkilat və müqavilələrdən, əsasən də MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından çıxması və qərb təhlükəsizlik təşkilatları xüsusilə də NATO və regionda qərb hədəflərinə uyğun olan GUAM və Trabzon ilə əməkdaşlıq etməsi, ABŞ-la müdafiə və təhlükəsizlik əməkdaşlığını genişləndirməsi bu mövzunu təsdiqləyir.
Bu tədrici həm də aşkar yanaşma Azərbaycanın təhlükəsizlik görüşlərini Rusiya Federasiyasından uzalaşdırdı və Cənubi Qafqazda son on ildə fərqli təhlükəsizlik ülgüsü formalaşdırdı.

Vəli Kuzəgər Kaləci

  • Yazılıb
  • da (də) 2014 Dec 05