Arannews - Xəbər verdiyimiz kimi bu gün Qaradağ rayon məhkəməsində mübariz ruhani Abgül Süleymanovla bağlı daxili məhkəmə iclası keçirilib.
məhkəmə mübariz ruhani A.Süleymanovu daxili nizamnaməni pozma ittihamı ilə 1 illik Qaradağ rayonundada qapalı tipli həbsxanaya göndərilməsi üçün qərar çıxarıb.
Abgül Süleymanov bütün bu qərarları sifarişli adlandırıb.
Xatırladaq ki, mübariz ruhaninin həbsindən 3 il 4 ay ötüb və həbsinin böyük hissəsini qapalı həbsxanalarda: (MTN, Kürdəxanı, Qobustan Xüsusi rejimli qapalı həbsxana və 13-də aylarla "kars"da) keçirib.
Qeyd edək ki, son günlər AİP lideri Mövsüm Səmədov, Tale Bağırova da bu cür cəza tətbiqinə başlayıblar.