çox təəssüf olsun ki, bu gün ruhanilərə qarşı atılan bu addımlara lazımı reaksiya verilmir və sadə qarşılanır
Arannews - Ruhanilərə qarşı atılan bu addımlara lazımı reaksiya verilmir.
Hacı Abgülün simasında olan bütün ruhani qardaşlarımızın şəraitlərinin ağırlaşması bizi çox narahat etdi.
Xəbər verdiyimiz kimi Qaradağ rayon Məhkəməsi digər ruhanilər kimi Hacı Abgül Süleymanovu da 1 il müddətinə Qobustan qapalı tipli həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.
Bununla bağlı “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Ruhullah Novruzzadə münasibət bildirib:
"Cəzaların ən şiddətlisini verən Allahın adı ilə.
Bildiyiniz kimi artıq üçüncü ruhanimiz Qobustana göndərilir. Söz tapmırıq deməyə və bu addımı atanların səmimiyyətinə inanmırıq. Çünkü əvvəla səbəbsiz yerə həbs etdilər, daha sonrada səbəbsiz yerə şəraitləri ağırlaşır. Bu addımı “vicdanı, fitrəti boğmağa cəhd” adlandıra bilərik. Ama çox təəssüf olsun ki, bu gün ruhanilərə qarşı atılan bu addımlara lazımı reaksiya verilmir və sadə qarşılanır. Hər halda bu hamımıza aid olan bir məsələdir. Hacı Abgülün simasında olan bütün ruhani qardaşlarımızın şəraitlərinin ağırlaşması bizi çox narahat etdi. Allahdan bizi o əzizlərin qədrini bilənlərdən qərar verməsini diləyirəm".