Tarix : 2014 Dec 10
Kod 44944

Azərbaycan Respublikası Ermənistanla müharibə vəziyyətindədi

Münaqişə hələ bitməyib

Arannews - “Ermənistan ordusunda baş verən son hadisələr Dağlıq Qarabağda müharibənin hələ tam başa çatmadığının sübutudur”.

Bu sözləri politoloq Vəfa Quluzadə Ermənistan ordusunda baş verən hadisələrə ictimai narazılığın artmasına münasibət bildirərkən deyib.

Politoloq xidmət müddəti başa çatmasına baxmayaraq, əsgərlərin ehtiyata buraxılmamasının pərdə arxasından danışıb:

"Məsələ ondan ibarətdir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Münaqişə hələ bitməyib. Azərbaycan ermənilərlə hər an müharibəyə hazır olmalıdır. Hər an müharibə ola bilər. Hazırkı status-kvo ilə barışa bilmərik”.

Xatırladaq ki, Ermənistan ordusunda hərbi qulluqçuların əsgərlik müddəti başa çatsa da, onlar evə buraxılmırlar. Erməni ekspertlər isə bunu ordudakı əsgər çatışmazlığı ilə əlaqələndirirlər.

  • Yazılıb
  • da (də) 2014 Dec 10