Tarix : 2014 Dec 10
Kod 44946

Ermənistan və Rusiya hərbi ekspertləri görüşüblər

iki ölkə müdafiə nazirliklərinin ekspertləri 9-11 dekabr tarixlərində müqavilə layihəsinin yekun variantını razılaşdırmaq üçün birgə iş aparacaqlar

Arannews - Ermənistan və Rusiya "Qafqaz kollektiv təhlükəsizlk regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında" müqavilə layihəsini müzakirə edir. Məlumata görə, iki ölkə müdafiə nazirliklərinin ekspertləri 9-11 dekabr tarixlərində müqavilə layihəsinin  yekun variantını razılaşdırmaq üçün birgə iş aparacaqlar.

Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, iki ölkə hərbi ekspertlərinin görüşləri 2014-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun keçirilir .

  • Yazılıb
  • da (də) 2014 Dec 10