Tanış olmalarından qısa müddət sonra şəxsi əlaqələri başlayıb.
AranNews- ABŞ-ın İstanbuldakı baş konsulu Carls F.Hunter bir türklə nikah masasına oturacaq. Konsulun evlənəcəyi adam Ramadan Çaysever adlı bir türk gəncidir. Toy bu ayın sonunda eynicinslilərin evliliyinə icazə verən ABŞ Viskonsin ştatında keçiriləcək.
Hunter Ramadan Çaysever ilə keçən il Krım Kilsəsindəki bir mərasimdə tanış olub. Çaysever o mərasim əsnasında mini bir konsert verən xorda çalışırdı. Hətta bir neçə ay sonra Ramadan Çaysever Hunterin Arnavutköydəki rezidensiyasına köçüb. Hunter ondan sonra da bütün dəvətlərə Çaysever ilə birlikdə qatılmağa başlayıb. Qatıldığı rəsmi dəvətlərdə belə, yanında Çaysever olub.
Bir neçə ay əvvəl də Hunter Çayseverə evlənmə təklifi edib. "Bəli” cavabını alandan sonra evlənmək istədiyini vəzifəsi səbəbi ilə bağlı olduğu ABŞ-ın Xarici İşlər Nazirliyinə bildirərək razılıq istəyib. ABŞ Xarici İşlər Nazirliyi Ramadan Çaysever haqqında təhlükəsizliklə bağlı araşdıram aparandan sonra Hunterə evlənmələrində bir qorxu olmadığını bildirərək razılıq verib.