Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Əsgər Abdullayev bildirib:
AranNews- Onun sözlərinə görə, Biləsuvar rayonu ərazisində də gömrük məntəqəsinin açılması zəruridir: "Hazırda danışıqlar gedir və demək olar ki, artıq razılıq əldə olunub. Gələcəkdə eləcə də "Xudafərin” sərhəd-buraxılış məntəqəsini açmaq istəyirik".
Ə.Abdullayev həmçinin "Biləsuvar” sərhəd-buraxılış məntəqəsinin bütün gün ərzində işləməsi məsələsinə də toxunub və bildirib ki, İran tərəfi buna artıq razılıq verib.
Onun fikrincə, "Biləsuvar” sərhəd-buraxılış məntəqəsinin bütün gün ərzində işləməsi orada intensivliyin artması ilə yanaşı, eləcə də yüklərin Naxçıvana sutka ərzində çatdırılması üçün lazımdır.
Digər sərhəd-buraxılış məntəqəsinin sutkalıq işinin təşkilinə gəldikdə, sədr müavini deyib ki, bu məsələyə onlarda intensivliyin artması zamanı baxılacaq: "Bu məsələni hər iki tərəfin razılığı əsasında həll etmək lazımdır".