Tarix : 2014 Dec 14
Kod 44977

Gürcüstanda “Ərbəinin Faydaları” adlı elmi konfrans keçirildi + Foto

Gürcüstanın Marneuli şəhərinin İmam Əli (ə) məscidində ərbəin mərasimləri qeyd olunub.

AranNews- 13 dekabr 2014 tarixində, Gürcüstan Müsəlmanları Ali Dini idarəsi və İmam Əli (ə) adına xeyriyyə fondunun təşkilatçılığı ilə ərbəinə aid elmi-dini konfrans keçirildi. Məclis Əhli-beyt məddahı kərbəlayi Rzanın müqəddəs Qurani-kərimdən bir neçə ayə oxuması ilə açıq elan edildi. Sonra İmam Əli (ə) məscidinin axundu höccətülislam Şeyx Hacı Hacıyev İmam Hüseyn (ə)-ın ərbəini münasibəti ilə əlaqədar başda İmam Zaman (ə) olmaqla bütün müsəlmanlara baş sağlığı verdi. Sonra imam Hüseyn (ə)-ın ziyarətinin fəziləti haqda danışdı.
Məclisdə iştirak edən digər höccətülislam Hacı Yusif Əliyev İmam Zeynəlabidin (ə)-ın Kərbəla hadisəsindən sonra gördüyü işlərə diqqət çəkib.
Marneuli İmam Hüseyn (ə) məscidinin axundu Höccətülislam Hacı Əziz nəbiyev xanım Zeynəbin (s.ə) Kərbəladakı və Kərbəladan sonrakı qəhrəmanlıqlarından söz açıb.
Daha sonra isə Seyyid Mirismail Əsədov ərbəinin fəlsəfəsinə toxunaraq günümüzdəki mahiyyətini açıqladı. Tədbirin sonunda bu günün ən fəzilətli əməli sayılan ərbəin ziyarətnaməsi oxundu və höccətülislam Şeyx Hacı Hacıyevin imamlığı ilə camaat namazı qılındı. Mərsiyələr oxundu və İmam Hüseyn (ə) adına ehsan süfrələri açıldı.

  • Yazılıb
  • da (də) 2014 Dec 14