Tarix : 2014 Dec 16
Kod 44987

Sarkisyanın İqamətgahi ətrafında təhlükəsizlik tədbirləri artırılıb

prezident Serj Sarkiyanın evinə hücum edilib

Arannews - İrəvanda ermənilər yenidən ayağa qalxıb.

 Baş Polis İdarəsinin binasını mühasirəyə alan nümayişçilər son vaxtlar Qarabağ müharibə veteranlarını və müxalifətçi deputat Aram Manukyanı döyən şəxslərin tutulmasını və məsələnin araşdırılmasını tələb edirlər.

Aksiya iştirakçıları buradan da prezident Serj Sarkiyanın İqamətgahına doğru irəliləyirlər. İqamətgah ətrafında təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, Ermənistanda Qarabağ müharibəsinin veteranları və müxalifətçi deputat Aram Manukyan naməlum şəxslər tərəfindən döyülüb. Erməni mətbuatında yer alan məlumatlara görə, onların döyülməsinə Sarkisyan göstəriş verib.

  • Yazılıb
  • da (də) 2014 Dec 16