Arannews ciddi rejimli Qobustan qapalı həbsxanasında ailəsi AİP lideri Mövsüm Səmədovla görüşüb. Görüş bir metlik dəmir barmaqlıq arxasında baş tutub və ona ailəsi ilə birgə oturub danışmağa icazə verilməyib.
bu barədə Səmədovun həyat yoldaşı Mehparə xanım bildirib.
Onun sözlərinə görə, Mövsümün səhhətində ciddi problemlər yaranıb: Ürəyində və böyrəyində kəskin ağrılar baş verir. Saxlanma şəraiti dözülməzdir, üzərində ciddi nəzarət var. Qanuni karantin müddəti 14 gün olsa da, daha çox saxlanılıb. Bu müddət ərzində evdən göndərilən ərzaqlar ona çatdırılmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, vəkilin onunla görüşməsinə içazə verilməyib. Hacı bütün dostlarına və həmfikrlərinə salam göndərib.
Qeyd edək ki, AİP rəsmiləri vəkil vasitəsilə Mövsüm Səmədovun müalicə müəssisəsinə göndərilməsi üçün müraciət edəcəklərini bildiriblər.