Tarix : 2014 Dec 22
Kod 45035

İran-Rusiya münasibətlərində regional və beynəlxalq təsəvvür və obyektivliklər

Qərb və Rusiya arasında ixtilafların dərinləşməsi, qərbin öz təcacüzkar hədəflərinin gerçəkləşməsi üçün Rusiyaya daha artıq təzyiq göstərmələri bu ölkənin xarici siyasətində cənub və şərq istiqamətlərinin gücləndirməsinə çalışmasına vadar edir.

AranNews- Bu yanaşma hər şeydən öncə xarici arenada lazımı vasitələrin gücləndirilməsi məqsədilə həyata keçirilir. Çünki Moskva siyasətçilərinin bir çoxu belə düşünür ki, qərblə yaranmış bu problemin qısa, hətta orta müddətdə belə yoluna qoyulması mümkün deyil. Bu proqram çərçivəsində rus təhlilıçilərinin Avrasiyanın önəmli geopolitik ölkəsi və Yaxın Şərqin təsirli bir gücü kimi İranla münasibətləri gücləndirməyə təkid etmələri təhlil ediləsidir. Tehranda da bir çoxları bu durumu qarşılayaraq onu xarici siyasətdə fürsət və İran-Rusiya münasibətlərində yeni fəsilin açılması adlandırırlar. Geopolitik zərurətlər, əsasən də qərbin təcavüzkar siyasəti qarşısında Rusiyadan ağır bir tarazlıq və balans kimi istifadə etmək, regionda təhdid və qeyri-sabitliklə qarşılaşmaq,  ikitərəfli münasibətlərdə fiziki və obyektiv imkanlardan istifadə etmək, Tehranın beynəlxalq sanksiyalar qarşısında öz münasibətlərini Rusiya ilə genişləndirməyə ehtiyacı bu qarşılamanın səbəblərindəndir. Bunun da əsası İranın Rusiya ilə regional və beynəlxalq sahələrdə ortaq baxış və maraqlarının fərz olmasıdır. Bununla belə iki ölkənin bəzi maraq və məqsədləri bu sahələrin bəzi fərzlərini təsdiqləmir və bəzən təzad, hətta ixtilaflar mövcuddur .

Regional sahə

Regonal siyasət dairəsində Orta Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazı hələ də öz nüfuz dairəsində bilən Rusiya bu ərazilərdə heç bir gücün, o cümlədən İranın nüfuz etməsinə meylli olmayıb və deyil. Rusiya öz gücünün zəifləməsinə baxmayaraq bu ərazilərdə yeni Avrasiya ideyası ilə öz mərkəzlik mövqeyini yeni formada gücləndirmək ardıncadır. Halbuki, Tehran öz uzunmüddətli hədəfində regional gücə çevrilmək üçün öz nüfuzunu bu üç regionda gücləndirmək üzərində işləyir. Sözsüz ki, bu da Rusiyanın xoşuna gəlmir. Bu arada bu üç regionda sabitlik və qərbin dəxalətlərinin qarşısını almaq İran və Rusiyanın ortaq məqsədi olsa da və buna dəfələrlə təkid olunsa da lakin həqiqət budur ki, 1990 -cı ilin onilliyində Tacikistan məsələsindən başqa iki ölkə (İran və Rusiya) arasında bu regionlar barəsində işarə edilə biləcək heç bir ortaq əməkdaşlıq baş tutmayıb. Onun da səbəblərindən biri Rusiyanın özbaşına yanaşmasıdır. Hətta, Moskva tərəfindən bəzi məsələlərdə o cümlədən Qarabağ mövzusunda və İranın Şanxay Əməkdaşlıq Təşkilatında üzvlüyü məsələsində diqqətsizlik və Tehranın regional əməkdaşlıq etmək istəkləri ilə müxalifətçilik də baş vermişdir .
Regional təhlükəsizlik mövzusunda da şimal regionunda İran təhlükəsizliyin "qarşılıqlı və kollektiv təhlükəsizlik" əsasında olmasına təkid edir, Rusiya isə "öz" mərkəzliyi əsasında təhlükəsizliyin təmininə üstünlük verir. Buna nümunə olaraq Rusiyanın Orta Asiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində hərbi iştirakını, Cənubi Qafqazda hərbi bazalarını yerləşdirməsini, Şimali Osetiya və Abxaziya ilə hərbi müqavilələr bağlamasını, Xəzər dənizində hərbi donanmasını daim gücləndirməsini göstərmək olar. Halbuki, bunların hər biri İranın baxışları ilə ziddir .
Rusiyanın MDB ərazisində axrınıci iki mövzuda zor gücündən istifadə etməsi, o cümlədən 2008 -ci ildə Gürcütana qarşı müharibə, Abxaziya və Şimali Osetiyanı bu ölkədən ayırmaq, 2014 -cü ildə Ukrayna böhranı və Krımın Rusiyaya birləşdirilməsi bu ölkənin xarici siyasətdə hələ də özünü görməsindən və öz maraqlarının təmini üçün digər ölkələrin coğrafiyasına belə zor işlətməkdən çəkinməməsindən irəli gəlir. Bu isə İranın xarici siyasətinin ibtidai üsul və əsasları  (ölkələrin suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq və beynəlxalq qayda-qanunlara hörmət) ilə uyğun gəlmir, üstəlik ziddir .
Bu arada Yaxın Şərq məsələlərində sionist rejim mövzusuna İran və Rusiya arasında ən ixtilaflı mövzu kimi toxunmaq olar. Rusiyada güclü yəhudi lobbisinin olmasına və onun beynəlxalq səviyyədə bu ölkənin xarici siyasətinə təsir qoymasını nəzərə almasaq belə həqiqət budur ki, sionist rejimi Moskva üçün Yaxın Şərqdə ən önəmli şərik hesab olunur və Kreml rəsmiləri müxtəlif dövrlərdə Tehran rəsmilərinin İsrail əleyhinə işlətdikləri "holokost" və təhdidli sözlərini tənqid ediblər. Daha təəccüblüsü budur ki, Rusiya bəzi aspektlərdən İranın nüvə proqramından narahat olduğunu açıqladığı halda sionist rejimin kütləvi qırğın silahları anbarlarından söz açmayıb .
Rusiyanın İsrail-Fələstin məsələsinin həll proqramı qərbin həll proqramına daha yaxındır .
Yaxın Şərq məsələlərində İran və Rusiya arasında digər ixtilaflar da mövcuddur .
Qərbin Yaxın Şərqdə İran və Rusiya əleyhinə geopolitik strategiya təcavüzü ərəb baharına dəxalətdə və Suriya məsələsində daha da aşkar oldu. Bu mövzu İran və Rusiyanın mövqelərinin yaxınlaşmasına səbəb olsa da Rusiyanın Yaxın Şərq məsələsində İranla birgə iştiraka strateji baxışı yoxdur və neçətərəfli siyasəti, Türkiyədən tutmuş sionist rejiminə kimi, ərəb ölkələri və İranla qarşılıqlı əməl şəraitində keçinməyə üstünlük  verir. Moskva-Tehran münasibətlərində ortaq davamlı üslubun olmaması və münasibətlərdə tez-tez dəyişiklik yaranmasının səbəbini bu yanaşmalarda (səbələrin birində) axtarmaq lazımdır .

Beynəlxalq sahə

Beynəlxalq sahədə də yenə İran və Rusiya arasında fikri yanaşmalarda və əməli siyasətdə fərqlər müşahidə edilir ki, baxış fərziyyələrini və ortaq maraqları qeyri-müəyyənlik və güvənsizliklə üzləşdirir. O cümldən İran beynəlxalq siyasət dairəsində siyasi ədaləti gücləndirməyə, hegemonluqla müxalifətə, ölkələrin daxili işlərinə qarışmaqla müxalifətə, beynəlxalq hüquq və öhdəliklərə hörmətə söykəndiyi halda bunun müqabilində Rusiya faktiki olaraq "gücə söykənmə" modelinə üstünlük verir və özünün bu istəyini gizlətmir. Moskvanın qərblə hazırkı ixtilafı da "super-güclərin böyük oyunu" çərçivəsində güc və vəzifələri bölüşmək üstündədir. Aydındır ki, bu yanaşma İranın beynəlxalq ədalətli sistem yaratmaq baxışı ilə, o cümlədən BMT-də dəyişiklik yaratmaq yolu, BMT Təhlükəsizlik Şurasında veto hüququna yenidən baxılması fikirləri ilə təzad təşkil edir .
İran və Rusiyanın beynəlxalq təhlükəsizlik dairəsində ixtilaflı baxışlarından biri də nüvə silahlarının yayılmaması məsələsidir. Moskvanın dəfələrlə İranı NPT müqaviləsinin müddəalarına əməl etməyə dəvət etməsinə və nüvə silahlarının yayılmamasının əhəmiyyətini Tehrana eşitdirməsinə baxmayaraq, Rusiya rəsmiləri, o cümlədən şəxsən Putinin özü dəfələrlə nüvə silahlarını bu ölkənin hərbi doktrinasında əsas element adlandırıb və bu sahənin gücləndirilməsini vurğulayıb. Digər tərəfdən də Rusiya Şimali Koreya, Pakistan, Hindistan və sionist rejimi kimi nüvə silahları olan ölkələrə İrana qarşı olan həssaslıq göstərməmiş, hətta onlarla bu sahədə həmkarlıq da etmişdir. Əlbəttə bunu ikili yanaşma adlandırmaq olar və bu sahədə İranla fərqli baxışlara malikdir .
Beynəlxalq enerji sahəsində də Rusiya qədimdən super-güc enerji siyasətini izləyir və bu əsasla Avropa bazarında öz gücünün digər ölkələrlə, xüsusilə də İranla rəqabətdə zəifləməsinə dözə bilmir. Bu məsələ rus təhlilçilərinin aşkar toxunduqları bir həqiqətdir .
Moskvanın OPEK və GECF-lə birbaşa əməkdaşlıq etmək istəməməsi də bu yanaşmadan irəli gəlir. Bu da yenə İranın beynəlxalq sahədə baxışları ilə təzad təşkil edir . 

Əlirza Nuri

  • Yazılıb
  • da (də) 2014 Dec 22