Tarix : 2014 Dec 23
Kod 45036

Putin İlham Əliyevə məktub göndərib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

AranNews- V.Putinin təbrik məktubunda deyilir:
"Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm.
Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək.
Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm".

  • Yazılıb
  • da (də) 2014 Dec 23