Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 37077-yə qədər namizəd qeydə alınıb.
AranNews- Gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar birbaşa MSK-nın internet səhifəsində yerləşdiriləcək və ictimailəşdiriləcək.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 11607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyü üçün 37 077-yə qədər namizəd qeydə alınıb.
Namizədlərdən 18790 nəfəri 30 siyasi partiya mənsubiyyəti üzrə bölünür, 18289 nəfəri isə bitərəfdir. Rəsmi olaraq 8 siyasi partiya öz namizədlərini irəli sürüb.
Avropadan bələdiyyə seçkilərinə saymamazlıq
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 8 siyasi partiya rəsmi olaraq namizədlərini irəli sürüb. Bu partiyalara Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik İslahatlar Partiyası, Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası daxildir.
M.Pənahov qeyd edib ki, səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
Onun sözlərinə görə, dünəndən etibarən, yəni seçkiqabağı təşviqat kampaniyası qurtardığına görə namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq yığışdırılıb.
M.Pənahov bildirib ki, MSK çoxlu sayda maarifləndirici tədbirlər həyata keçirib. 8 ölkə miqyaslı müşavirələr, seminar və təlimlər keçirilib.
MSK sədri deyib ki, yerlərdə çox ciddi şəkildə tədbirlər həyata keçirilir və hesab edir ki, bu il də polislə bağlı problemlər olmayacaq.
O, qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan polisinin seçkilər zamanı davranışı ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında iradlara rast gəlinməyib: "Bu da onun nəticəsidir ki, Daxili İşlər Nazirliyi və MSK əməkdaşlıq edib və polislər üçün lazımi təlimlər keçirilib. Bu il də kifayət qədər işlər görülüb, Mərkəzi Seçki Komissiyası da öz tövsiyələrini verib. Hesab edirəm ki, bu il polislə bağlı heç bir problem olmayacaq".
Bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin cəlb olunması məsələsinə gəlincə isə M.Pənahov deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurasına dəvət göndərilmişdi: "Biz bu il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndələrini dəvət etmişik, amma onlar bizə gəlmək imkanları olmadıqlarını dedilər. Biz çox təkid etdik, lakin gəlmədilər. Mən belə başa düşdüm ki, Qərbdə Yeni illə bağlı bayramlar olur və görünür, onlar bu səbəbdən qrup yığmaqda çətinlik çəkiblər.