Tarix : 2014 Dec 23
Kod 45048

Penitensiar Xidmətin rəisi, İranın XİN-in İdarə rəisi ilə görüşüb

Ədliyyə Nazirinin müavini, Mədət Quliyev İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi Seyid Kazım Səccadi, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və İranın Azərbaycandakı baş konsulu Vətəni Nasiridən ibarət nümayəndə heyətini qəbul edib.

AranNews- Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında ədliyyə sahəsində beynəlxalq və ikitərəfli sahədə görülmüş işlər və gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.
İran XİN-in Xaricdə Yaşayan İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid Kazım Səccadi Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılan şəraitdən məmnun olduqlarını ifadə edib.

  • Yazılıb
  • da (də) 2014 Dec 23