Tarix : 2014 Dec 24
Kod 45054

2014-cü ildə Azərbaycan Respublikasında mühüm dəyişikliklər

Azərbaycan Respublikası 2014-cü ildə mühüm siyasi-ictimai dəyişikliklərin şahidi oldu. Xülasə şəkildə onlardan bəzilərinə işarə edirik.

Dövlətin ölkə xalqına təzyiqlərinin davam etməsi

AranNews - 2014cü ildə Azərbaycanda hökumətin siyasi, dini, ictimai, hüquqi şəxslərə qarşı təzyiqlərinin şahidi olduq. Bu müddətdə Azərbaycan hakimiyyəti  media fəallarından olan Pərviz Haşimli, feyzbuk fəalları Ömər Məhəmmədov, Əbdül Əbilov, Elsevər Mürsəlli, ictimai fəallardan olan Anar Məhəmmədli, Real hərəkatının lideri İlqar Məmmədov, Musavat Partiyası sədrinin müavini Töfiq Yaqublu, Musavat Partiyasının fəallarından olan Yadigar Sadıqov, Nida gənclər təşkilatının bir qrup fəalı və Azərbaycanın bir çox azad gənclərinə qarşı narkotik maddələr alqı-satqısı, silah qaçaqçılığı, vergidən yayınma, dövlət çevrilişinə cəhd, ölkəyə xəyanət, qeyri-qanuni gəlir əldə etmək, narkotik maddələrdən sui-istifadə etmək kimi müxtəlif əsassız ittihamlar vuraraq həbsə məhkum etdi. Digər tərəfdən 2014 -cü ilin son aylarında Bakı dövləti Azərbaycanın bir sıra hüquq və media fəallarının, o cümlədən Rauf Mirqədirovun, Arif və Leyla Yunusovların, Rəsul Cəfərovun, İntiqam Əliyevin və Qubad İbadoğlunun həbsindən əlavə onların bank hesablarını da dondurdu .
Bakı dövləti 2015 -ci ilin yayında keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunları baş tutana qədər hakimiyyətin bütün müxalif və tənqidçilərinin səsini boğmağa çalışır ki, yarışlar keçirilən ərəfələrdə onlar etiraz edə bilməsinlər .
Bu fəalların həbs edilməsi beynəlxalq təşkilatların etiraz və bəyannamələri ilə qarşılaşdı .
Habelə, Bakı dövləti 2014 -cü ildə din-şiə fəallarına qarşı təzyiqləri davam etdirib; mobil telefonunun həbsxanaya keçirilməsi bəhanəsi ilə Tale Bağırovun və Nicat Əliyevin  həbs müddətini artırmış, Azərbaycan İslam Partiyası sədri Hacı Mövsüm Səmədovu 12 -ci cəzaçəkmə müəssisəsindən Qobustan qorxulu həbsxanasına köçürmüşdür .
Beynəlxalq Qüds Günündə iştirak edən islamçıların həbs və cərimə olunmasını isə Bakının Təl-əvivə qulluğunun davamı proqramı çərçivəsində bilmək olar .
2014-cü ildə Azərbaycanın daxilində baş verən hadisələrdən biri də oktyabrın 30 -da Musavat Partiyasında başqanlıq seçkilərinin keçirilməsi oldu. Bu seçkilərdə Arif Hacılı qalib oldu, lakin onun qələbəsi partiyanın bir sıra üzvlərinin seçkilərdə saxtakarlığı iddia edərək, partiyadan istefa vermələri və ya xaric olunmaları ilə nəticələndi .
Bu ilin 12 oktyabrında və noyabrın 9 -da Bakı dövlətinin əsas müxaliflərindən olan Milli Şura dövlətdən söz azadlığına icazə verilməsi, siyasi məhbusların azadlığı tələbi ilə iki etiraz aksiyası keçirdi. Hər iki aksiya daxili və xarici media tərəfindən əks reaksiya ilə qarşılandı .

Qarabağ münaqişəsi

Qarabağ münaqişəsilə bağlı müzakirələri də 2014 -cü ilin mühüm hadisələri sırasında bilmək olar. Bu il azəri və erməni rəsmiləri Qarabağ münaqişəsinin həlli məqsədilə bir neçə dəfə bir araya gəldilər. Minsk qrupunun iki tərəfin baxışlarını yaxınlaşdırmaq üçün səylərinə baxmayaraq belə nəzərə gəlir ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Digər tərəfdən bu müddətdə sərhəd xətlərində Azərbaycan və Ermənistan hərbi tərəfləri arasında qabaqkı illərə nisbətən daha ağır qarşıdurmalar yaşanıb. Bu qarşıdurmalarda onlarla azərbaycanlı hərbçi şəhid olub, yaxud yaralanıb. Azərbaycan ordusu Ermənistan ordusuna aid hərbi helikopteri Ağdam bölgəsində vurub .

Azərbaycan vətəndaşlarının Suriya və İraqda terrorçu qruplara qoşulması

Azərbaycan vətəndaşlarının Suriyadakı terrorçu qruplara qoşulmaq üçün bu ölkəyə göndərilmələri və onun əks reaksiyaları 2014 -cü il üçün Azərbaycanın mühüm hadisələrindən sayılır. Ölkənin şimal və qərb bölgələrində yaşayan bir sıra Azərbaycan sakinləri Suriya və İraqdakı terrorçu qruplara qoşulmaq üçün bu ölkələrə göndərildi. Azərbaycan qaynaqlarının verdiyi məlumatlara görə bu şəxslərə Türkiyə vasitəsilə pul vədələri verilmiş, Türkiyənin İstanbul şəhərində xüsusi təlimlər aldıqdan sonra Suriya və İraqa göndərilib. Nəticədə isə onlardan 100 -dən çoxu qarşıdurmalarda öldürülüb. Bu mövzu Azərbaycan və Türkiyə arasında əsas ixtilaflardan birinə çevrildi, hətta Azərbaycanın Türkiyədəki səfiri bu barədə qeydlərini Türkiyənin Xarici İşlər Nazirliyinə təhvil  verdi .
Azərbaycan dövləti bu terrorçuların qayıtdıqdan sonra ölkədə hakimiyyətə qarşı silahlı çevriliş edə biləcəyindən ehtiyat edir. Azərbaycan Milli Məclisi tərəfindən də Suriya və İraqda terrorçulara qoşulmuş vətəndaşların işlərinin izlənilməsi qanununun qəbul edilməsinə təkid olundu .

Türkiyənin daxili hadisələrinin təsiri

2014-cü ildə Azərbaycanı öz təsiri altına alan hadisələrdən biri də Türkiyənin daxilində Fətullah Gülən və ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğan arasında baş verən qalmaqal oldu. Bir gün müttəfiq olmuş bu iki dəstənin bir-birlərini ifşa etmələri Azərbaycanın yüksək çinli rəsmilərini və deputatlarının adlarını da hallandırdı. Bəzi sənədlərə əsasən məlum oldu ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov, müdafiə naziri Zakir Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov və digərləri Fətullah Gülən tərəfindən aylıq haqq alıblar. Bu mövzu Bakı-Ankara münasibətlərini öz təsiri altına saldı və Ərdoğan Bakını təhdid etdi ki, onun dövləti və Gülən camaatı arasında ikisindən birini seçsin. Çox güman ki, Elnur Aslanovun işdən kənarlaşdırılması, Fətullah Gülənə bağlı təhsil mərkəzlərinin bağlanması və Azərbaycanda nurçuların həbsi Bakı dövlətinin Türkiyə dövlətinə müsbət cavab verməsi proqramı çərçivəsində baş tutdu .

Xalq hakimiyyətinin pozulması

2014-cü ildə dövlət tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının pozulması Azərbaycanda etirazlar doğurdu. Bunun bariz nümunəsi Bakıda "Sovetski" məntəqəsində yaşayış binalarının uçurulması oldu. Dövlət sakinlərə hər kvadrat metr üçün 1500 manat verəcəyini təklif etmişdi, lakin sakinlər hər kv. metr üçün 2000 manat tələb edirdilər. Hələ də məntəqə sakinlərinin bəziləri dövlətlə anlaşma əldə edə bilməyib. Onların etiraz aksiyaları polis tərəfindən yatırılıb .

Xarici siyasət sahəsində

2014-cü ildə siyasi arenada İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunda İran və Azərbaycan başçılarının ikitərəfli görüşünün baş tutmasından sonra Tehran-Bakı münasibətləri yaxşılaşdı. Azərbaycan Prezidenti İlham Əliyev mart ayında Tehrana səfər etdi və iki ölkə arasında bir neçə əməkdaşlıq müqaviləsi imzalandı. Həmçinin həmin ayda Azərbaycanın müdafiə naziri Zakir Həsənov öz iranlı həmkarı və digər dövlət rəsmiləri ilə görüş və danışıqlar məqsədilə İrana səfər etdi .
İki ölkə arasında ortaq komissiyanın fəaliyyətinin 4 illik donmasından sonra komissiyanın iclası Bakıda baş tutdu və iki ölkə münasibətlərinin yaxınlaşdırılması istiqamətində addımlar atdı. İran İslam Respublikasının Prezidenti doktor Həsən Ruhani Azərbaycan Prezidentinin İrana səfərinə cavab olaraq oktyabr ayında Bakıya səfər etdi və iki ölkə münasibətərinin genişlənməsi istiqamətində yeni fəsil yarandı, neçə əməkdaşlıq müqaviləsi və razılaşmalar imzalandı .
2014-cü ildə Azərbaycan-Türkiyə münasibətləri qabaqkı dövrlər kimi genişlənməyə doğru olmuşdur. Rəcəb Təyyib Ərdoğanın mart ayında baş nazir kimi və sentyabr ayında Türkiyənin yeni prezidenti kimi Azərbaycana səfəri ikitərəfli münasibətlərin dərinliyini bir az da artırdı .
Azərbaycanın sionist rejimi ilə bu ildə münasibətlərinə fevral ayında  Milli Məclisin deputatı Fuad Muradovun Təl-əvivə səfərinə işarə etmək olar. Sionist rejim və Azərbaycan xarici işlər nazirləri aprel ayında Bakıda görüşdülər. Bu görüşdən sonra sionist rejim xarici işlər naziri Aviqdor Liberman açıqlamasında bildirdi ki, biz iqtisadi və ümumi diplomataya kimi geniş mövzularda müzakirələr apardıq. Liberman artırdı ki, Azərbaycanda özümü öz evimdə olduğum kimi hiss edirəm .
Qeyd edək ki, sionist rejim və Azərbaycan xarici işlər nazirləri bu görüşün sonunda əməkdaşlıq protokolu imzaladılar .
Bu səfərdən əlavə, Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Təl-əvivə səfəri və sionist rejimin müharibə naziri Moşe Yaalonun Bakıya səfəri Bakı-Təl-əviv münasibətlərini yaxınlaşdırmışdır .
Azərbaycanın ABŞ-la münasibətləri də qabaqkı illərdə olduğu kimi 2014 -cü ildə də yenə bəzi hadisələrin təsiri altında olmuşdur. ABŞ-ın Azərbaycandan casusluq etməsi xəbəri, Vaşinqtonun Azərbaycan dövlətinin insan hüquqları pozması barədə bəyannaməsi, ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanın bəzi rəsmilərinin Rusiyadan asılı olmasını açıqlaması, nəhayət ABŞ prezidenti Barak Obamanın Bakı dövlətinin qeyri-hökumət təşkilatlarına təzyiqi barədə açıqlaması, iki ölkə münasibətlərində gərginlik yaranmasına səbəb oldu .
ABŞ səfiri Riçard Morninqstar Bakıda səfirlik məmuriyyətini başa vurdu və Robert Sekutanın yeni səfir kimi Azərbaycana səfər edəcəyi gözlənilir .

Əli Heydəri Munəvvər

  • Yazılıb
  • da (də) 2014 Dec 24