Tarix : 2014 Dec 24
Kod 45057

Azərbaycan Respublikasında əhalinin sayı 9,5 milyonu ötüb

bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir

Arannews - Son 20 ildə Azərbaycan Respublikasında  əhalinin sayı 26 faizdən də çox artaraq, 9,5 milyonu ötüb.

“Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət proqramı”nın müzakirəsində  əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir.

Tədbirdə “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət proqramı” layihəsi təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.

  • Yazılıb
  • da (də) 2014 Dec 24