Tarix : 2014 Dec 25
Kod 45060

Azərbaycan Tibb Universiteti və İran Səhiyyə Nazirliyi saziş imzalayacaqlar

İran Səhiyyə Nazirliyi ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişi imzalanacaq.

AranNews- bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun İran dövlətinin nümayəndə heyəti ilə görüşündə razılıq əldə olunub.
Ə.Əmiraslanov deyib ki, universitetin 1000-dən çox xarici tələbəsi var, onlar arasında türkiyəli və iranlı tələbələr üstünlük təşkil edir: "Biz daim xarici tələbələrin şəraiti ilə maraqlanırıq, problemlərini həll etməyə çalışırıq. Hazırda əcnəbi tələbələrin yaşadığı yataqxana təmirə bağlanıb”.
Akademik İrandan gələn tələbələrdən razı qaldıqlarını da bildirib: "Son vaxtlar Elmi Şuranın iclaslarında onlar haqqında yüksək fikirlər daha çox eşidirəm. Zəif tələbələrin sayı xeyli azalıb”.
Görüşün sonunda İran Səhiyyə Nazirliyi ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişinin imzalanması haqqında razılıq əldə olunub.

  • Yazılıb
  • da (də) 2014 Dec 25