Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov , Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Ali Xəlifə ilə görüşüb
Arannews - Bəhreyndə Ali Xəlifə kralı ilə görüşən Azərbaycan
Respublikasının müdafiə naziri Bəhreyn ilə hərbi əməkdaşlıq planı imzalayıb.
Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov
, Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd
Ali Xəlifə ilə görüşüb. Görüşdən sonra birgə hərbi əməkdaşlığın fəallaşdırılması
və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava Qüvvələri
və Bəhreyn Kral Hərbi Dəniz Qüvvələri komandanlıqlarında olaraq hərbi hava və hərbi
dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrində olub.
Zakir Həsənov Bəhreyn kralı Şeyx Həməd bin İsa Ali Xəlifə ilə də bir araya
gəlib.
Görüşdə hərbi əməkdaşlıq məsələlərinə, “regional problemlərə” dair fikir
mübadiləsi aparılıb.
Bəhreynə hakim Ali Xəlifə ailəsi son illərdə ciddi xalq etirazları ilə
qarşılaşıb.