Tarix : 2014 Dec 30
Kod 45094

“İslami xəttatlar birliyi”-nin yaradılması müzakirə olunub

İran və Türkiyənin xəttatlıq üzrə sənət adamlarının mədəni və elmi əlaqələrinin genişləndirilməsi və “İsami Xəttatlıq İncəsənəti”nin yayılması məqsədilə yaradılacaq “İslami xəttatlar birliyi” mövzusu İstambulda keçirilən iclasda müzakirə olunub.

AranNews- iclasda İran və Türkiyə xəttatları arasında əməkdaşlıq yolları, mövcud əməkdaşlığın inkişafı, iki ölkənin incəsənətə maraqlı olan gəncləri arasında mədəni əlaqələrin inkişafı və İranın incəsənət və mədəniyyətinin Türkiyə incəsənətində tanıtdırılması məsələsi kimi mövzular müzakirə edililib.

İclasın sonunda Türkiyə xəttatlarının əsərlərinin İran daxilində keçiriləcək sərgilərdə nümayiş olunması  təklifi də irəli sürülüb. 

  • Yazılıb
  • da (də) 2014 Dec 30