Tarix : 2014 Dec 30
Kod 45103

Rusiyanın Hərbi Doktrina dəyişməsinin Azərbaycana təsir perspektivləri...

Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının Hərbi Doktrinası" haqqında yeni fərman imzalayıb.

AranNews- Bu sə­nəd Ru­si­ya­nın ha­zır­da qüv­və­də olan, 2013-cü il iyu­lun 5-də Ru­si­ya Təh­lü­kə­siz­lik Şu­ra­sı tə­rə­fin­dən qə­bul olun­muş Hər­bi Doktri­na­sı­na ye­ni re­dak­tə­lə­ri eh­ti­va edir.
Qeyd olu­nur ki, doktri­na­ya edil­miş də­yi­şik­lik­lər Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın de­kab­rın 19-da ke­çi­ri­lən ic­la­sın­da təs­diq­lə­nib.
Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın rəs­mi say­tın­da bil­di­ri­lir ki, də­yi­şik­lik­lər ilk növ­bə­də Ru­si­ya üçün ye­ni - xü­su­si­lə də Uk­ray­na­da­kı və­ziy­yət­lə, həm­çi­nin Af­ri­ka­nın şi­ma­lın­da, Su­ri­ya, İraq və Əf­qa­nıs­tan­da təh­did­lə­rin ya­ran­ma­sı ilə bağ­lı­dır. Bun­dan baş­qa, açıq­la­ma­da qeyd olu­nur ki, "Ru­si­ya sər­həd­lə­rin­də NA­TO-nun po­ten­si­a­lı güc­lə­nir, ra­ket hü­cu­mun­dan mü­da­fiə sis­te­mi­nin qlo­bal yer­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də fə­al iş­lər hə­ya­ta ke­çi­ri­lir".
Bu­nun­la be­lə, vur­ğu­la­nır ki, ye­ni doktri­na özü­nün mü­da­fiə xa­rak­ter­li məz­mu­nu­nu qo­ru­yur və hər­bi güc­dən is­ti­fa­də­ni an­caq bü­tün dinc va­si­tə­lə­rin sı­ra­dan çıx­ma­sın­dan son­ra məq­bul sa­yır.
Bu amil Ru­si­ya­nın ya­xın qon­şu­su olan Azər­bay­can üçün də öz Hər­bi Doktri­na­sı­na mü­əy­yən re­dak­tə­lər et­mə­yə zə­min ya­ra­da bi­lər­mi?
Hər­bi ekspert Üze­yir Cə­fə­rov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da bil­dir­di ki, Ru­si­ya-Uk­ray­na mü­na­si­bət­lə­ri fo­nun­da baş ve­rən ha­di­sə­lər Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­ni tə­ci­li ad­dım­lar at­ma­ğa və qə­rar­lar qə­bul et­mə­yə va­dar edir: "Bun­lar­dan bi­ri də "Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Hər­bi Doktri­na­sı" haq­qın­da ye­ni fər­man im­za­lan­ma­sı­dır ki, in­di bu­nu çox­la­rı ma­raq­la iz­lə­yir. Bil­di­yi­niz ki­mi, bu, ötən il qə­bul edil­miş bir ye­ni sə­nə­də əla­və­dir ki, bu da Ru­si­ya ki­mi nü­və döv­lə­ti üçün çox na­dir hal­lar­da mü­şa­hi­də olu­nan ha­di­sə­dir. Yə­ni Hər­bi Doktri­na və ya Mil­li Təh­lü­kə­siz­lik Kon­sep­si­ya­sı adə­tən uzun müd­də­tə ha­zır­la­nır və çox na­dir hal­lar­da, fors-ma­jor hal­lar­da on­la­ra də­yi­şik­lik və ya əla­və­lər edi­lir. İn­di tə­səv­vür edin, və­ziy­yət han­sı kri­tik nöq­tə­yə ça­tıb ki, Ru­si­ya­nın ha­zır­da qüv­və­də olan, 2013-cü il iyu­lun 5-də Ru­si­ya Təh­lü­kə­siz­lik Şu­ra­sı tə­rə­fin­dən qə­bul olun­muş Hər­bi Doktri­na­sı­na ye­ni re­dak­tə­lər edi­lir. Ar­tıq doktri­na­ya edil­miş də­yi­şik­lik­lər Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın de­kab­rın 19-da ke­çi­ri­lən ic­la­sın­da təs­diq­lə­nib. Bu də­yi­şik­lik­lər ilk növ­bə­də Ru­si­ya üçün ye­ni - xü­su­si­lə də Uk­ray­na­da­kı və­ziy­yət­lə, həm­çi­nin Af­ri­ka­nın şi­ma­lın­da, Su­ri­ya, İraq və Əf­qa­nıs­tan­da təh­did­lə­rin ya­ran­ma­sı ilə bağ­lı­dır. Bun­dan baş­qa, açıq­la­ma­da qeyd olu­nur ki, "Ru­si­ya sər­həd­lə­rin­də NA­TO-nun po­ten­si­a­lı güc­lə­nir, ra­ket hü­cu­mun­dan mü­da­fiə sis­te­mi­nin qlo­bal yer­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də fə­al iş­lər hə­ya­ta ke­çi­ri­lir".
Ye­ni də­yi­şik­lik­lə əla­qə­dar Ru­si­ya rəs­mi­lə­ri öz­lə­ri­ni sı­ğor­ta­la­maq üçün qeyd edib­lər ki, ye­ni doktri­na özü­nün mü­da­fiə xa­rak­te­ri­ni əv­vəl­ki ki­mi sax­la­yır və hər­bi güc­dən is­ti­fa­də an­caq bü­tün dinc va­si­tə­lə­rin sı­ra­dan çıx­ma­sın­dan son­ra məq­bul sa­yı­la­caq.
Bi­zim re­gi­on döv­lət­lə­ri də Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Hər­bi Doktri­na­sı­na edil­miş də­yi­şik­lik­lə­ri nə­zə­rə al­ma­lı­dır. Azər­bay­ca­na bu ye­ni müd­də­a­lar­dan han­sı­sa təh­lü­kə ol­ma­sa da, hər hal­da, biz pro­ses­lə­ri diq­qət­də sax­la­ma­lı­yıq".

  • Yazılıb
  • da (də) 2014 Dec 30