Tarix : 2014 Dec 30
Kod 45105

Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi iranda keçiriləcək

İran bu yarışlara dörd gün müddətində evsahibliyi edəcək. Yarışlar 2015-ci ilin yanvar ayının 1-dən – 5-dək Milad qülləsində təşkil olunacaq.

AranNews- Beynəlxalq Quran müsabiqəsində   dünyanın 50-dən çox ölkəsindən müsəlman tələbələr iştirak edəcəklər. Artıq  Misr, Bosniya və Taylanddan iştirakçı tələbələr İrana səfər edib.
İran araşdırma, mədəniyyət və təhsil Akademik Mərkəzinin rəhbəri Həmid Reza Təyyubi Quran hifzi üzrə beşinci müsabiqə ərəfəsində keçirilən mətbuat konfransında çıxış edərkən qeyd edib ki, Quran insanlara nicat yolunu göstərir və buna  görə də müqəddəs kitabın konsepsiyasının inkişafı üçün səy göstərmək lazımdır.
Təyyubi   müsabiqəni  bu istiqamətdə atılan mühüm bir addım kimi dəyərləndirib. O, qeyd edib ki, 2015-ci ilin yanvar ayının 1-dən Tehranda başlanacaq beynəlxalq tədbirin əsas məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında Quranın fənlərarası tədqiqatlarını inkişafı etdirmək və İslam birliyinin möhkəmləndirilməsidir. Təyyubi  tədbirin hazırlığında iştirak edən bütün təşkilat və orqanların, o cümlədən Tehran meriyasının,  Mədəniyyət və islam əlaqələri üzrə təşkilatın, Quranın öyrənilməsi üzrə İran akademik təşkilatlarının və Xarici İşlər Nazirliyinin səylərini yüksək qiymətləndirib.Qeyd edək ki, 50-dən çox ölkə nümayəndələri müsabiqənin müxtəlif nominasiyaları üzrə yarışacaq. Müsabiqə 4 gün davam edəcək. Bu yarışlar 2006-cı ildən başlayaraq hər 2 ildən bir keçirilir.

  • Yazılıb
  • da (də) 2014 Dec 30