Tarix : 2014 Dec 31
Kod 45108

Azərbaycanlilarin xarici olkələrə üz tutmasınin səbəbləri

Azərbaycanda bahalıq, xidmətin keyfiyyətsizliyi vətəndaşların xaricə üz tutmasına səbəb olur.

AranNews-  “Qonşu ölkələrin turizm bazarını ölkəmizlə müqayisə etsək görərik ki, biz çox geridə qalırıq.

Azərbaycanda istirahət mərkəzlərində qiymətin həddindən artıq bahalığı, xidmət keyfiyyətinin isə aşağı səviyyəsi, əyləncəli və cəlbedici məkanların olmaması vətəndaşların kütləvi şəkildə qonşu ölkələrə, hətta Dubaya getməsi ilə nəticələnir.
Regionlarda yeni açılan otellərə nəzər salsaq görərik ki, qiymətlər xarici ölkələrdən qat-qat bahadır. Məsələn, bir regionda Yeni il gecəsində 5 nəfərlik ailə təkcə otel üçün 300-800 AZN pul xərcləməlidir. Beləcə, bir ailə bir neçə min manatla Yeni il gecəsini bölgələrdə istirahət mərkəzində keçirir. Amma bu qiymətə istənilən qonşu ölkədə, bir neçə gün istirahət etmək olar. Buna görə də Azərbaycan təkcə otel və restoranların qiymətinə görə yox, həm də geyim və bir sıra tələb olunan məhsulları almaq baxımındanda bahalı ölkədir”.
 “Təxmini hesablamalara görə, azərbaycanlılar hər il xaricdə 1-1,5 milyard dollara yaxın vəsait xərcləyir. Bu, böyük rəqəmdir. Bir şey də vardır ki, eyer ölkə daxilində bütün şərait yaradilsada belə insanlar xaricə getmək həvəsində olacaq. Turistlərin böyük bir qismi dünyanın ən inkişaf etmiş ölkələrinin payına düşür. Amma buna baxmayaraq, həmin ölkələrin özündə də turistlər üçün yüksək səviyyəli mərkəzlər fəaliyyət göstərir. Təəssüf ki, Azərbaycanda səbəblər başqadır”.
Təəssüf ki, müştəri itirmələrinə baxmayaraq, paytaxt Bakıda və bölgələrdə qiymətlər hələ də tənzimlənmir.

  • Yazılıb
  • da (də) 2014 Dec 31