Tarix : 2015 Jan 02
Kod 45132

İlham Əliyevin sonuncu əfv sərəncamı ABŞ və Rusiya mətbuatında...

Əfv sərəncamına beynəlxalq miqyasda da yüksək diqqət var.

AranNews- ABŞ Döv­lət De­par­ta­men­ti­nin söz­çü­sü Cef Rat­ke bu xü­sus­da qeyd edir ki, Pre­zi­dent İl­ham Əli­ye­vin im­za­la­dı­ğı və içə­ri­sin­də ic­ti­mai fə­al­lı­ğı­na gö­rə həbs edil­di­yi he­sab edi­lən 10 nə­fə­rin də ol­du­ğu 87 nə­fər­lik əfv sə­rən­ca­mı düz­gün is­ti­qa­mət­də atıl­mış ad­dım­dır: "Biz Azər­bay­can ha­ki­miy­yə­ti­ni in­san haq­la­rı və əsas azad­lıq­la­rın tə­min olun­ma­sı­na da­ir üzə­ri­nə gö­tür­dü­yü öh­də­lik­lə­ri ye­ri­nə ye­tir­mə­yə, di­gər məh­bus­la­ra mü­na­si­bət­də də bu ad­dı­mın atıl­ma­sı­na ça­ğı­rı­rıq".
Ma­raq­lı­dır, ABŞ-ın im­za­la­nan əf­və dər­hal və tam dəs­tək ver­mə­si nə ilə bağ­lı­dır? ABŞ-ın dər­hal əf­və dəs­tək ver­mə­si bu­na müs­bət bax­ma­sı ilə əla­qə­dar­dır: "Ona gö­rə də ABŞ-dan baş­qa bir ya­naş­ma göz­lə­nil­mir­di. Çün­ki atı­lan ad­dı­mın hu­ma­nist bir ad­dım ol­ma­sı göz qa­ba­ğın­da­dır. ABŞ bu­na müs­bət ya­naş­ma­say­dı, o za­man iki­li stan­dartlar­dan çı­xış et­miş ol­du­ğu sü­but olu­nar­dı.
"Req­num" agentli­yi də ox­şar möv­qe­dən çı­xış edib. ABŞ-ın "Foksnyus" por­ta­lı da əfv sə­rən­ca­mı­na to­xu­nub və Döv­lət De­par­ta­men­ti­nin bu­nu yük­sək qiy­mət­lən­dir­di­yi­ni bil­di­rib. Əfvlə bağ­lı xə­bə­rə "Va­şinqton Post" qə­ze­ti­nin say­tın­da da yer ay­rı­lıb. Qeyd edək ki, Pre­zi­den­tin məh­kum edil­miş bir sı­ra şəxslə­rin əfv olun­ma­sı haq­qın­da im­za­la­dı­ğı sə­rən­ca­mın ic­ra­sı­na baş­la­nıb.

Ru­si­ya­nın İTAR-TASS agentli­yi də əfv sə­rən­ca­mı­na xü­su­si diq­qət ye­ti­rir və ya­zır ki, əf­və çı­xan­lar ara­sın­da adı mü­əy­yən bey­nəl­xalq təş­ki­lat­la­rın ha­zır­la­dı­ğı si­ya­hı­da olan şəxslər də var. Qeyd olu­nur ki, atı­lan hu­ma­nist ad­dım ümu­mi­lik­də 87 məh­ku­ma şa­mil edi­lir. "Kaf­kazskiy uzel" por­ta­lı da sə­rən­ca­ma ge­niş yer ve­rib və hü­quq mü­da­fi­ə­çi­si No­vel­la Cə­fə­roğ­lu­nun mə­sə­lə­yə mü­na­si­bə­ti­ni öy­rə­nib. Hü­quq mü­da­fi­ə­çi­si sə­rən­ca­mı yük­sək qiy­mət­lən­di­rib və bu­nu növ­bə­ti hu­ma­nist ad­dım ad­lan­dı­rıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 02