Tarix : 2015 Jan 03
Kod 45134

Ermənistan iqtisadiyyatı önəmli deyil

Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Azərbaycanın da gələcəkdə burada iştirakına şərait yaradır

Arannews - “Ermənistan iqtisadiyyatı Rusiya və Qazaxıstan qədər önəmli deyil”.

bu açıqlama ilə Avrasiya İnstitutunun direktoru Vladimir Lepexin çıxış edib. O, Ermənistan iqtisadiyyatının təşkilata əlavə faydalar vermədiyini deyib: “Avrasiya İttifaqı ölkələri Ermənistanı düzəltməkdən ötrü buraya əlavə investisiyalar qoya bilərlər. Rusiyaya qarşı sanksiyaların artdığı bir zamanda Avrasiya İttifaqı ölkələrinin cənub və şərq istiqamətdə hərəkətləri vacibdir. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Azərbaycanın da gələcəkdə burada iştirakına şərait yaradır. Bundan sonra isə ittifaqla Türkiyə və İran arasında sıx əlaqələr yaran bilər”. 

  • Yazılıb
  • da (də) 2015 Jan 03