Tarix : 2015 Jan 03
Kod 45140

Davudoğlu dövlətinin osmanlı dilinin və dini dərslərin məcburi tədrisində məqsədi

Son həftələrdə Türkiyə məktəblərində osmanlı dilinin və dini dərslərin məcburi tədrisinin zəruriliyi mövzusu ortalığa çıxmış və bu ölkənin əsas xəbər başlığına çevrilib.

AranNews- Sekülarların və solçuların bərk müxalifətinə baxmayaraq Davudoğlu dövləti bu mövzunu həyata keçirməyə çalışır. Amma görəsən bu iki mövzu niyə belə qabarıb və baş nazirin, ya şagirdlərinin dilincə desək, Xacə Əhmədin bu siyasi yükünün və hərəkətinin dəqiq mənası nədir? Bu mövzunun aydınlaşması, onun siyasi və tarixi əhəmiyyətini bilmək üçün gərək əvvəl bu məsələ araşdırılsın ki, dilin dəyişməsi, osmanlı türk əlifbasından ərəb əlifbasına, latın əlifbası ilə İstanbul türkcəsinə keçid, həmçinin Türkiyə məktəblərində dini və Quran dərsləri tədrisinin kənara qoyulma prosesi və onun mədəni-siyasi cəhətlərini bilmək lazımdır.

Türkiyə tarixində dil, din və millət

1933-cü ildə köhnə və yorğun Osmanlı İmperiyası süqut etdi. Mustafa Kamal Paşa və onun Osmanlı ordusunda olan digər yoldaşlarının vasitəsi ilə regionda ilk dəfə olaraq respublika quruluşu yaradıldı. Türkiyənin o zamankı məclisinə aid olan ilk sənəddə Mustafa Kamal, ya həmin Atatürk Türkiyənin milli əsaslarını möhkəmləndirmək üçün etnik tayfaların çoxluğu, mədəni və dini amilləri önə çəkərək onların hamısını dəyərli İslam adının təsbeh sapına düzüb bir yerə düyanləməyə çalışır. O, çıxışında "İslam amilləri" kimi mənalı ifadədən istifadə edərək türkləri, kürdləri, ərəbləri və s. hamısını qardaş, bərabər hüquqlu və İslam üzvləri adladırır. Atatürk bu yolla hamını bir yerdə və bir cərgədə saxlamağa çalışır. Lakin o böyük dəyişiklik araşdırılması bu məqalədə sığmayacaq səbəblər üzündən sekularizm yoluna düşdü və İslam dininə təkid olunmadı, üstəlik etnik qardaşlıq da kənara qoyuldu və bunun yerinə "tükr milləti", "türkçülük" sözləri Atatürk və dövlət rəsmilərinin dillərinin əzbəri oldu.
Həmin dövrdə Türkiyədə üç böyük hadisə baş verdi. Onların üçü də mənalı və bir-birinə bağlı olub. Onun son təsviri isə eynilə Rzaxan Pəhələvi dövründə İranda hicabın qadağan edilməsi və papağın məcburi olması hadisəsinə oxşayır:
1. Quran qəribləşir, Türkiyənin dindar ailələri Quran öyrənmək üçün dövlətin qorxusundan mağaralara, məxfi yerlərə üz tutur, azan türk dilində səsləndirilir, geyimlər dəyişir, Atatürk şəxsən özü yazı taxtasının qarşısına çıxaraq ərəb osmanlı türkcəsi yerinə türk latıncası əlifbasını yazır. O, bu prosesdə bir az da irəli gedərək türk kişilərini rəqsə həvəsləndirmək üçün böyük ziyafətlərdə tanınmış qadınlarla rəqs edir, əlifbanı dəyişməklə özlüyündə elə hesab edir ki, Türkiyəni qədim adət-ənənələrdən çıxarır və onu mederinləşdirir.
2. Atatürkün dəstəyi və onun yaxın adamlarının yəni, İsmət İnönünün təfəkkürünə tabe olaraq dəstələr təşkil olunur. Bu dəstələr Türkiyənin türklər məskunlaşmış kəndələrinə yollanır, onların bədənlərinin müxtəlif üzvlərinin, əsasən də baş hisssəsinin ölçüsünü götürürlər ki, onlar da almanlar kimi əsil türkləri tanısınlar və əsil türklərin kim olduğunu müəyyən etsinlər. Atatürk bu nəzəriyyəni möhkəmləndirmək üçün mühüm tarixi cümlələri işlətməyə başlayır. O cümlədən "Bir türk bir dünyaya bərabərdir", "Mən türkəm deyən kəs necə də xoşbəxtdir" (hələ də Hürriyyət qəzetinin sərlövhəsində sözlər yazılıb: "Türkiyə türklərindir".)
Bu hadisədən bir neçə ay sonra "türk xalqı" sözünün yerinə ölkənin bütün rəsmi və qanuni sənədlərində "Türkiyə milləti" yazılmağa başladı. Türkiyə konstitusiyasının 66-cı maddəsində göstərildi ki, "hər kəs Türkiyə vətəndaşı olarsa, türk hesab olunur".
3. Türkiyə kürdləri Atatürkün dövlətinin ilk illərində 10 il müddətində iki dəfə qiyam etdi. Birinci dəfə Şeyx Səid Piran Diyarbəkrdə üsyan etdi. Hökumət üsyanı əzmək üçün on minlərlə hərbi qüvvəsini bu bölgəyə göndərdi. Onlar kürdlərin üsyanını əzərək, 1925-ci ildə Şeyx Səidi, onun övladlarını və tərəfdarlarını Diyarbəkr məscidinin qarşısında edam etdilər.
Bu hadisədən 12 il sonra Dersim bölgəsində ələvi kürdlər Seyid Rza Dersiminin başçılığı ilə yeni bir qiyama qalxdılar. Bu üsyan da yatırıldı, Seyid Rza, onun övladları və silahdaşları edam edildi, yüzlərlə ələvi kürd qız və qadın Türkiyənin uzaq bölgələrinə sürgün edildi. Maraqlı budur ki, hər iki qiyamın yatırılmasında Atatürkün yaxın dostu İsmət İnölünün böyük rolu oldu. Siyasi-hərbi şəxsiyyət olan və İsmət Paşa adlanan bu adamın əsli kürdlərin məskunlaşdığı Bitlis şəhərindən olub. Onun Atatürk dövlətində və onun quruluşunda elə nüfuzu olmuşdur ki, 12 il dövlət başçısı və 13 il baş nazir kimi fəaliyyət göstərə bilmişdir.
Bütün bu hadisələr və (Atatürkün vasitəsilə təsis edilmiş) Cumhuriyyət Xalq Partiyasının başçılarının Almaniyanın hitlerçi başçılarına, Mussolininin dövründə İtaliyaya təbrik mesajları göndərməsi, Türkiyə islamçılarına və kürdlərə qara günlər yaşatdı və onlar qıraqda saxlanıldı. 1980-cı ildə çevrilişlə hökumət başına gələn general Kenan Evrenin hərbi hökuməti dövründə bu hadisələr daha da dərin və rəhimsizləşdi. Bundan əlavə islamçılar siyasi, iqtisadi, ictimai və digər sahələrdə tamamilə təcrid olundular. PKK-nın silahlı mübarizəyə qalxması durumu daha da ağırlaşdırdı, kürdlər yaşayan minlərlə kənd Türkiyə ordusu vasitəsilə odlandı, onların sakinləri İstanbula, İzmirə, Adanaya köçürüldü. Rəsmi statistikaların iddiasına görə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən dörd min kürd vətəndaşı silsilə qrup şəkilində qətlə yetirilib.
Ölkə kürdləri Türkiyə dövləti tərəfindən onların daha çox zülmə məruz qalmalarını desələr də müsəlman türklər bu fikirdədirlər ki, həqiqi zülmü onlar təcrübə ediblər. Üstəlik dini dərslər də övladlarının məktəblərdən yığışdırılıb. Osmanlı ərəb əlifbasının İstanbul latınına dəyişilməsindən sonra Türkiyənin yeni nəslinin qədim böyük dini, elmi və ədəbi elmlərin qaynağı ilə əlaqələri kəsilib.

Davudoğlu, Ərdoğanın iki qütblü Türkiyəsinin varisi

Türkiyənin bir çox siyasi təhlilçiləri belə düşünür ki, Rəcəb Təyyib Ərdoğan, İstanbulun Qasim Paşa məhəlləsinin amator futbolçusu, Ədalət və İnkişaf Partiyasının Abdulla Gül, Bülənt Arinc, Beşir Atalay, Mehmet Ali Şahin və s. kimi rəhbərləri hamılıqla professor Necmeddin Erbakanın şinelinin altından çıxıblar. Lakin Ərdoğan öz iqtidarının başlanğıcından bu mövzunu qəti olaraq aydınlaşdırdı və dedi: "Biz o köynəyi əynimizdən çıxarmışıq". Ərdoğan bu qısa cümləsi ilə Erbakanın islami-siyasi təfəkkürünə qarşı öz fikrini bildirdi və o dövrdən indiyə kimi Türkiyədə tərəfdarlarının artması ilə müşahidə olunan Ədalət və İnkişaf Partiyasının camiəsi Erbakanın islamçı tərəfdarlarının camiəsi ilə eyni deyil. Şahid olduq ki, Səadət Partiyasının sədri professor Kamal Ak (Erbakanın tanınmış şagirdlərindən) hətta iki faizdən də aşağı səs topladə. Halbuki, Türkiyədə səs vermək hüququna malik olanların əlli faizdən çoxu Ədalət və İnkişaf Partiyasına səs verdi. Sadə statistikalar Ərdoğanın davamlı olaraq qələbələrini göstərsə də bu mövzudan qafil olmamalıyıq ki, hazırda Türkiyədə ikiqütblü bir camiə yaranmışdır. Onun bir qütbündə Ərdoğan orta təbəqə islamçılarla islami görüş və ideyalarla (islamın müxtəlif qanadları), digər bir qütbündə isə sekülarlar, millətçilər, PKK tərəfdarları olan kürdlər, solçular və digərləri dayanır. Bu iki qütbün fərdi və ictimai azadlıqlar, dövlətin iqtisadi resurslarının idarəçiliyi, hüquq və bunlar kimi bir sıra mühüm mövzularda ixtilaflı baxşıları vardır.
Ədalət və İnkişaf Partiyası Ərdoğanın dövründə var gücülə çalışmışdır ki, öz tərəfdarlarını dövlət gəlirlərinin mənbələri, iş yerlərinin artırılması, istehsal, ixracat, media və digər önəmli məsələlər barədə razı salsın. Hazırda Davudoğlu da hakimiyyətdə rəqibsiz qalmağın sirrini qoruyan və öz tərəfdarlarının intizarlarını yerinə yetirməyə çalışıb seçkilərdə ardıcıl qələbə çalan bir partiyanın varisi və aparıcısıdır.
Ədalət və İnkişaf Partiyasının fikir otağı spirtli içkilərin, tütün məmulatlarının qadağasını ciddi icra etmək, onunla paralel olaraq dövlətə bağlı dini məktəblərin büdcəsini artırmaq və bunun kimi hərəkətlərlə milyonlarla müsəlman ailənin razılığını qazanıb. İndi də çalışır ki, 2015-ci ilin seçkilərinə yeddi həftə qalmış bir müddətdə osmanlı dilinin və dini dərslərin tədrisi layihəsini ortaya atmaqla bir güllə ilə neçə hədəfi vursun.
Sözü gedən layihənin önəmli nailiyyətləri bunlar ola bilər:
1. Ədalət və İnkişaf Partiyasının tərəfdarları bu partiya liderlərini islamçılarının neçə onillik təcrid olunmasının intiqamını alan rəhbərlər hesab edirlər.
2. Osmanlı dilinin tədrisi islamçılar qanadından əlavə, sekülar millətçilərin də Ədalət və İnkişaf Partiyası ilə eyni fikrə gəlmələrinə səbəb olmuşdur.
3. Cumhuriyyət Xalq Partiyasının ölkənin ən mühüm partiyası kmi bu layihəyə geniş etirazları Davudoğlu dövlətinin bu layihəsinə zərər vurmur, üstəlik Cumhuriyyət Xalq Partiyasını Türkiyənin əsil dini və mədəni dəyərlərinin əksinə olan sekülar bir hərəkat kimi tanıdır. Bu partiyanın hazırkı ideoloji problemlərinin yanında onun dini və mədəni dəyərlərin müxalifi kimi tanınması günbəgün Atatürk partiyasının varislərinə verilən rəyləri azaldır və onun əvəzinə Ədalət və İnkişaf Partiyasının daha çox güclənməsinə səbəb olur.
4. Davodoğlu dövləti osmanlı dilinin və dini dərslərin tədrisi ilə yanaşı mədəniyyət hərəkatının bir hissəsi kimi məktəblərdə kürd dilinin keçirilməsi planını həyata keçirə bilər və xalqa bunun müxalif kürdlərlə saziş və PKK ilə müzakirələrdə onlara imtiyaz vermək olmaması kimi cilvələndirə bilər.

Açar sözlər: Davudoğlu, Osmanlı, dini dərslər.

Məhəmmədəli Dəstmali

  • Yazılıb
  • da (də) 2015 Jan 03