Arannews - "Silahlı konflikt yalnız Qarabağda mümkündür"
Bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.
Cənubi Qafqazda münaqişələrin yaranması əsasının 1920-ci ildən qoyulduğunu
bildirən Tarasov Rusiyanın mövqe dəyişdirdiyini bildirib. Rusiyalı politoloq
Ukrayna böhranı ilə bağlı Qərblə yaranan problemdən sonra Rusiyanın Şərq ölkələri,
Yaxın Şərq və Cənubi Qafqazda öz maraqlarına diqqət ayırmağa başladığını qeyd
edib.
Tarasov Qarabağda müharibə ocağının yenidən alovlanması üçün şərait
yarandığını vurğulayıb:
“Cənubi Qafqazda yenidən genişmiqyaslı əməliyyatlar başlana bilər. Qarabağ
hadisələrin episentrinə çevrilir və bu, Rusiyanın günahı üzündən baş vermir.
2008-ci il Qafqaz müharibəsi və 2014-cü il Ukrayna böhranı münaqişələrin nizama
salınmasını tələb edir. Cənubi Osetiya və Abxaziyada münaqişələrin başlanması
mümkün deyil. Regional partlayış Qarabağda baş verə bilər və silahlı konflikt
yalnız Qarabağda mümkündür”.