Tarix : 2015 Jan 05
Kod 45162

Qarabağda Müharibə başlaya bilər

Qarabağda müharibə ocağının yenidən alovlanması üçün şərait yaranir

Arannews - "Silahlı konflikt yalnız Qarabağda mümkündür"

Bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

Cənubi Qafqazda münaqişələrin yaranması əsasının 1920-ci ildən qoyulduğunu bildirən Tarasov Rusiyanın mövqe dəyişdirdiyini bildirib. Rusiyalı politoloq Ukrayna böhranı ilə bağlı Qərblə yaranan problemdən sonra Rusiyanın Şərq ölkələri, Yaxın Şərq və Cənubi Qafqazda öz maraqlarına diqqət ayırmağa başladığını qeyd edib.

Tarasov Qarabağda müharibə ocağının yenidən alovlanması üçün şərait yarandığını vurğulayıb:

“Cənubi Qafqazda yenidən genişmiqyaslı əməliyyatlar başlana bilər. Qarabağ hadisələrin episentrinə çevrilir və bu, Rusiyanın günahı üzündən baş vermir. 2008-ci il Qafqaz müharibəsi və 2014-cü il Ukrayna böhranı münaqişələrin nizama salınmasını tələb edir. Cənubi Osetiya və Abxaziyada münaqişələrin başlanması mümkün deyil. Regional partlayış Qarabağda baş verə bilər və silahlı konflikt yalnız Qarabağda mümkündür”.

  • Yazılıb
  • da (də) 2015 Jan 05