Tarix : 2015 Jan 05
Kod 45166

MÜSƏLMANLARIN VƏHDƏT HƏFTƏSİ BAŞLANIB

Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır

Arannews - Bu il 3-9 yanvar tarixində dünya müsəlmanları "Vəhdət Həftəsini" qeyd edir .

Artıq bütün dünyada müsəlmanlar "Vəhdət həftəsi"ni qeyd etməyə başlayıblar. İslam Dünyasında uzun illərdən bəri böyük bir elmi ixtilaf var idi. Bu ixtilaf sünni və şiələri bir-birinə qarşı qoyurdu. İxtilafa səbəb İslam Peyğəmbərinin doğum günü idi.

 Sünnilər bu hadisəni rəbiul-əvvəl ayının 12-də, şiələr isə həmin ayın 17-də bilir və qeyd edirdilər. Bu ixtilafa 1981-ci ildə İran İslam İnqilabının banisi Ayətullah Xomeyni son qoydu.

Sünni və şiənin qardaşlaşması və vəhdətində önəmli addımlar atan Ayətullah Xomeyni sünniləri və şiələri ixtilaf salmamağa, yalnız elmi araşdırmalara üstünlük verməyə, ümumi İslam düşmənlərinə qarşı birləşməyə çağırır, qeybdə olan İmam Zamanın zühurunu gözləməyə və həqiqətin onun vasitəsilə aşkarlanacağını bildirirdi.

O 12 və 17 rəbiul–əvvəlin- hər iki tarixin qeyd olunmasını tövsiyyə etmiş, bu tarixlər və arasında olan günlərlə birgə sünni və şiənin vəhdət həftəsini elan etmişdi. Artıq 30 ildir ki, dünyanın müsəlman təriqətləri bu iki tarix arasını vəhdətdə keçirir və hər iki tarixi bayram edirlər. Bu dünyada analoqu olmayan hadisədir ki, ixtilaf vəhdətə səbəb olub. Təklif dəyərli olduğu üçün, onun şiə alimi tərəfindən irəli sürülməsinə baxmayaraq, sünnilər də əməl etməyə başladılar. Bu hadisə həm də bəşəriyyətə bir ismarıcdır: "Bütün problemlərin həllinə birlik və vəhdət nümayiş etdirməklə nail olmaq olar." İslamda Vəhdət həftəsinin bəşəriyyətə ismarıcı məhz budur.

Bütün müsəlmanları Hz Peyğəmbərin (s) mövludu münasibəti ilə təbrik edirik.
 Allah-Təala bizi onun (s) yolundan ayrı salmasın.

  • Yazılıb
  • da (də) 2015 Jan 05