Tarix : 2015 Jan 05
Kod 45168

AİP Komitə sədri : Bizə icazə verilsə erməni əsgərlərini torpaqlarımızda bir an nəfəs almağa belə qoymarıq

Haci Mövsüm və onun zindandakı digər əqidə qardaşları isə insanları həmişə əsil İslami dəyərlərə əməl etməyə, ədalətli olmağa, düzgün və halal yaşama, eyni zamanda, doğma Azərbaycanı sevməyə, Vətən uğrunda ölümə belə hazır olmağa səsləyiblər

Arannews - AİP SƏLAHİYYƏTLİLƏRİ QƏRB BÖLGƏSİNƏ SƏFƏR EDİB .

Qurumun Gəncə, Tərtər, Bərdə və Hacıqabul rayon komitələrinin fəaliyyəti müzakirə olunub

partiya funksionerləri ötən şənbə günü  ölkənin qərb bölgəsinə səfər edərək  rayon komitələrinin rəhbərliyi ilə qurumun yerli təşkilatlarının fəaliyyəti barədə məlumatları dinləyiblər. Həmçinin, həyata keçirilən tədbirlərdən və  qarşıda duran mühüm vəzifələrdən söhbət açılıb, perspektivlər  müəyyənləşdirilib.

Partiyanın mətbuat xidmətinin verdiyi məlumata əsasən, AİP Tərtər Rayon Komitəsində görüş zamanı ölkənin taleyüklü məsələsi, ağrılı problemimiz olan   Dağlıq Qarabağda hazırkı status-kvotonun saxlanmasının xalqımız və dövlətçiliyimiz üçün qəbuledilməz olduğu vurğulanıb.  Komitə sədri Əli Zeynalov qeyd edib ki, sərhəd bölgələrində, xüsusən də hər gün atəşkəsin pozulduğu təmas xəttində yaşayanların real ölüm təhlükəsi ilə üz-üzə qalması ciddi narahatlıq  doğurur:

 “Biz birinci Qarabağ müharibəsində, təpədən-dırnağa kimi silahlanmış qəsbkar ermənilərin və onlara havadarlıq edən rus zabitlərinin başımıza güllə yağdırdıqları o ağır dövrlərdə belə, bir qarış torpağımızı işğalçılara təslim etmədik. Amma təmamilə  zəiflədikləri indiki məqamda onlar evimizin içində, demək olar ki, hər gün atəşkəsi pozmaqla bizi ciddi narahat edirlər. Bizə icazə verilsə onları torpaqlarımızda bir an nəfəs almağa belə qoymarıq”.

 Ə. Zeynalov öz çıxışında AİP sədri Hacı Mövsüm Səmədovun haqsız yerə məhbus həyatı yaşadığını, əsl oğru-quldurların isə azadlıqda dolaşdıqlarını bildirərək hakimiyyət qarşısında bu ədalətsizliyə son qoyulmasının millət, dövlət, Azərbaycan naminə vacib bir məsələ olduğu mesajını verərək, “hacılara zülm və işgəncə verilməsini Allah götürməz”, dedi.

 Bərdə Rayon komitəsində də faydalı və işgüzar söhbətlər oldu. Komitə sədri Həsən Allahverdiyev AİP sədri  Hacı Mövsüm Səmədovun günahsız olmasının bütün Azərbaycan xalqına bəlli olduğunu qeyd edərək dedi ki, belə insanlar əslində bu gün fitnə-fasadın baş qaldırdığı, xalqı parçalamağa çalışanların meydan suladığı bir dövrdə cəmiyyətin içində olmalı, əsl İslami dəyərləri insanlara aşılamalıdırlar. Onların cəmiyyətdən təcrid olunması düşmən dəyirmanına su tökmək deməkdir:

“Artıq hacıların həbsindən 4 il keçir. Bu müddət ərzində görün nə qədər gənclərimiz yolunu azaraq özünü, ailəsini məhv edib.  Belələri, eyni zamanda, Vətənimiz üçün də potensial təhlükə mənbəyidir. Mövsüm və onun zindandakı digər əqidə qardaşları isə insanları həmişə əsil İslami dəyərlərə əməl etməyə, ədalətli olmağa, düzgün və halal yaşama, eyni zamanda, doğma  Azərbaycanı sevməyə, Vətən uğrunda ölümə belə hazır olmağa səsləyiblər.”

H. Allahverdiyev onu da qeyd etdi ki, AİP Bərdə Rayon Komitəsi olaraq qurumun bütün tədbir, qərar və bəyannamələrini üzvlərə dərindən izah  və təbliğ edir, İslam dininin müqəddəs ayin və mərasimlərində bütün islamçılarla birgə fəal mövqe nümayiş etdirirlər:

”Tərəfdarlarımız partiyamızın ictimai-siyasi həyatda baş verənlərə münasibət və mövqeyini alqışlayır, qurumu hakim partiyaya real rəqib sayırlar.”

AİP Gəncə Rayon Komitəsinin sədr əvəzi Fizuli Ələklbərov da Hacı Mövsüm Səmədovun həbsindən ötən dörd ilin onun çoxsaylı tərəfdarları üçün asan keçmədiyini, belə pak və günahsız möminin azadlıqdan təcrid şəraitində-məhbəsdə yaşamasının onu sevənlərə hər gün ciddi narahatlıq yaşatdığını bildirdi. Qeyd etdi ki, Gəncədə hacı Mövsümə xüsusi hörmət var:

“Bu hörmətvə rəğbət hissi dörd il ərzində demək olar ki, dəfələrlə artıb.  Mövsüm Səmədovun sınmaz iradəsi onun haqq yolunda olduğunu göstərir. İnsanlar yaxşı bilirlər ki, o, heç bir cinayət törətməyib.”

 F. Ələkbərov, eyni zamanda,bölgədə və təmsil etdiyi rayonda İslam dininin getdikcə daha böyük nüfuz qazandığını, xüsusən gənclər arasında dinimizə olan marağın gündən-günə artdığını diqqətə çatdırdı:

”Gənclərimiz ictimai-siyasi həyata indi daha fəal müdaxilə etməyə səy göstərirlər.  Möminlər ədalətsizliyə və zülmə qarşı birləşmək üçün aralarında vəhdət yaratmaq istəyi ilə çalışırlar. Biz islamçılar da bu istiqamətdə əlimizdən gələni edirik.”

Partiya funksionerləri AiP-in Hacıqabul komitəsinin sədri kərbəlayi Mirzəcan və üzvlərlə görüşüb söhbətlər apardılar. Bölgə təmsilçiləri ilə qarşıda duran vəzifələr geniş müzakirə edildi.

Rayon komitələrində keçirilən görüşlərdə, həmçinin Peyğəmbərimizin mövludunun qeyd olunması, Azərbaycan xalqı üçün tarixi faciə sayılan 20 yanvar matəminin ildönümünə hazırlıq tədbirlərinin keçirilməsi barədə nəzərdə tutulan proqram açıqlandı. Həyata keçiriləcək tədbirlərə bölgələrdən qatılacaq  insanlar nəzərdən keçirildi, komitə sədrlərinə konkret tapşırıqlar verildi. 
  • Yazılıb
  • da (də) 2015 Jan 05